Sahibkar Ramil Aslanov Gömrükdəki Qanunsuzluqlardan Şikayət Etdi
Haqsızlığa məruz qaldığını iddia edən sahibkar Ramil Aslanov Prezidentə müraciət edərək, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun qanunsuz tələblərindən şikayətlənib. Sahibkarın haqlı olduğunu sübut etməsinə baxmayaraq, Elmir Ramazanovun mövqeyindən geri çəkilməməsi və ona verilən rəsmi cavab bir sıra qaranlıq məqamların üzə çıxmasına səbəb olub. Məlumatlara görə, Elmir Ramazanovun məktubu sahibkara qarşı qanuni tələbdən daha çox, onun və Dövlət Gömrük Komitəsi (DGK) rəhbərliyinin qanunsuz əməllərinin ifşası kimi qiymətləndirilir.
Bəyannamədəki Ziddiyyətli Məbləğ və Depozit Vəsaitinin Taleyi
Ramil Aslanovun Prezidentə ünvanladığı məktubdan məlum olur ki, 26.08.2024-cü il tarixində e-gov gömrük saytında 18.05.2024-cü il tarixli bəyannamədə heç bir dəyişiklik edilməyib və 32098.38 manat məbləğ hələ də qalır. Aslanov sual edir: Bakı Baş Gömrük İdarəsi məbləği büdcənin xeyrinə tutubsa, nə üçün bəyannamədə əks olunmayıb? Yox əgər vəsait dövlət büdcəsinə keçirilməyibsə, nə səbəbdən sahibkarın ərizəsi əsasında geri qaytarılmır və depozit hesabına köçürülmür? Sahibkar dövlət büdcəsinə ödəmələrin vacibliyini dərk etdiyini bildirsə də, Bakı Baş Gömrük İdarəsindən ona göndərilən rəsmi məktubdakı ifadə təəccüb doğurur: “MMC tərəfindən Baş İdarənin büdcə hesabına ödənilmiş gömrük borcunun müvafiq məhkəmə qərarından asılı olaraq qüvvəyə mindiyi tarixdən sonra MMC-yə qaytarılması, yaxud büdcəyə silinməsi təmin ediləcəkdir.” Ramil Aslanov Baş Gömrük İdarəsinin ayrıca büdcə hesabı mövcud olub-olmadığını və bu hesabın dövlət büdcəsindən fərqli olub-olmadığını soruşur. Əgər Baş İdarənin büdcə hesabı dövlət büdcəsindən fərqlidirsə və sahibkarın vəsaiti dövlət büdcəsinə ödənilməyibsə, nə üçün ərizə əsasında geri qaytarılmır? Bu vəziyyət Gömrük Komitəsinin dövlət büdcəsi daxilində ayrıca bir hesab işlətdiyi şübhəsini yaradır.
Gömrük Dəyərinin Müəyyən Edilməsi Məsələsi
Ramil Aslanovun iddiasına görə, Elmir Ramazanovun imzası ilə göndərilən məktubda idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsinin birinci üsulunun tətbiqinin uyğun sayılmaması ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Qanunvericiliyə görə, uyğunsuzluq aşkar edildikdə müstəqil ekspert cəlb edilməli və sənədlər tərtib edilməlidir ki, buna əməl olunmayıb. Sahibkar bu qərarın Bakı Baş Gömrük İdarəsinin subyektiv rəyi olduğunu və mübahisə edilə biləcəyini vurğulayır.
Əsassız Tələblər və Kommersiya Sirrinin Pozulması
Məlumata görə, sahibkar Ramil Aslanovun malları 2024-cü ilin mayında gömrüyə daxil olub. Sahibkar malları statistik dəyər üzrə bəyan etsə də, bildiriş almaq üçün uzun müddət gözləməli olub. Qanunvericilik şəffaf şərait yaratmasına baxmayaraq, süni əngəllər törədildiyi iddia edilir. Ramil Aslanov malların ümumi çəkisini 2.5 dollarla hesablayaq bəyan etsə də, Elmir Ramazanov malların dəyərinin çəkiyə yox, ədədə görə, hər ədədi 1 dollar olmaqla bəyan edilməsini tələb edir. Bu əsassız tələb səbəbindən Elmir Ramazanov aylardır sahibkara süründürmə halları yaşadır. Sahibkar niyə 1 dollarlıq qiymətləndirmənin tələb olunduğunu soruşduqda, Elmir Ramazanov digər şəxslərin bəyan etdiyi, əlaqəsiz məhsullara aid qiymətlərə istinad edir. Bu addım kommersiya sirrinin yayılması qadağasının pozulması hesab edilir ki, bu da qanunvericiliyə əsasən cinayət tərkibi daşıya bilər. Başqa bir şirkətə aid sirrlərin digər sahibkara açıqlanması hüquqi məsuliyyət yaradır. Ramil Aslanov gömrük əməkdaşlarının tələblərinin qanunsuz olduğunu və bəyannamədə heç bir səhvlik olmadığını sübut etməyə çalışıb. Lakin gömrük əməkdaşlarının israrı ilə yüklər açılaraq sayılıb və yoxlanılıb. Malların düzgün çıxmasına baxmayaraq, Elmir Ramazanov yenə də bunu qəbul etməyib. Sahibkar Elmir Ramazanovun ona qarşı bu qədər qanunsuz tələblər irəli sürərək müflisləşməsinə niyə maraqlı olduğunu soruşur və Dövlət Gömrük Komitəsi rəhbərliyinin qərarının onun üçün niyə əhəmiyyətsiz olduğunu vurğulayır.
Depozitdəki Vəsaitin Taleyi və “Baş İdarənin Büdcə Hesabı”
Natiq Şirinovun gömrükdə olmasından ehtiyat edən Elmir Ramazanov əvvəlcə sahibkarı 65 min manat ödənişlə malları buraxmağa razı salacağını vəd edir. Lakin iki gün sonra malları buraxmaqdan imtina edərək məhsulun qiymətini 115 min manat olaraq dəyərləndirir və bu məbləğin ödənilməsini tələb edir. Ramil Aslanov bu haqsız tələbi qəbul etmir və yuxarı instansiyalara müraciət edir. Dövlət Gömrük Komitəsi isə Ramil Aslanova nə 65 min, nə də 115 min deyil, əvvəlki mallar üçün 86 min manat ödəməyi və yeni gələn mallarını da çıxarmağı təklif edir. Sahibkar DGK rəhbərliyinin qərarı ilə razılaşsa da, Elmir Ramazanov Ramil Aslanovun razılaşmasından narahat olaraq bu sövdələşmənin gerçəkləşməsinə imkan vermir. Nəticədə, Ramil Aslanov qanunvericiliyə istinad edərək məhkəməyə müraciət edəcəyini və depozitdəki vəsaitinin geri qaytarılmasını tələb edir. Lakin Elmir Ramazanov sahibkara növbəti rəsmi cavab məktubu təqdim edərək süründürmə hallarına davam edir. Məktubda qeyd edilir: “MMC tərəfindən Baş İdarənin büdcə hesabına ödənilmiş gömrük borcunun müvafiq məhkəmə qərarından asılı olaraq qüvvəyə mindiyi tarixdən sonra MMC-yə qaytarılması, yaxud büdcəyə silinməsi təmin ediləcəkdir.” Bu cümlə dövlət büdcəsindən kənar bir fondun mövcudluğu və bununla bağlı cinayət əməllərinin ola biləcəyi şübhəsini yaradır. Məktubun məzmunu göstərir ki, sahibkarın vəsaitləri Elmir Ramazanovun deyil, Şahin Bağırovun əmri ilə dövlət büdcəsinə deyil, şəxsi ehtiyaclar üçün mənimsənilir. Görünən odur ki, Elmir Ramazanovun anlayışında dövlət büdcəsindən kənar “Baş İdarənin büdcə hesabı” mövcuddur.
Gizli Fond İddiaları və Hesabatlardakı Boşluqlar
Şahin Bağırovun bu məsələyə səssiz qalması, sahibkarların ödədiyi vəsaitin qeyri-qanuni olaraq ianə hesablarına və ya Dövlət Gömrük Komitəsinin gizli fonduna toplandığı ehtimalını gücləndirir. Bu fonddan istənilən yerə köçürmələrin edildiyi və cəmiyyətə vəsaitin büdcəyə göndərildiyi kimi təqdim edildiyi iddia olunur. Elmir Ramazanov depozitdəki vəsaiti hansısa fonda köçürməklə yanaşı, sahibkardan məhkəmə qərarı ilə gəlməsini tələb edir ki, pulu “gizli fonddan” geri qaytarsın. Bu, sahibkardan adını bilmədiyi bir hesabı məhkəməyə verməyi tələb etmək kimi anlaşılmaz bir vəziyyət yaradır. İddia olunur ki, bu fond dövlət büdcəsindən kənar fəaliyyət göstərir və məmurların şəxsi tələbatlarını qarşılamaq üçün istifadə edilir. Qısa müddət əvvəl gömrük generalının müsadirə edilmiş malları evinin zirzəmisində saxlaması və sonra bazarlara çıxarması ilə bağlı məlumatlar yayılmışdı. İndi isə belə bir fondun mövcudluğu iddia edilir. Cəmiyyət yalnız dövlət büdcəsini tanıyarkən, Elmir Ramazanovun “Baş İdarənin büdcə hesabı” ifadəsi dövlət içində dövlət yaratmaq kimi qəbul edilə bilər. Hakim dairələr bu məsələyə aydınlıq gətirməlidirlər. Gömrük rəhbərliyinin bu fonddan şəxsi imtiyazları üçün istifadə etməsi ilə bağlı iddialar, Elmir Ramazanovun cavab məktubu ilə bu sirrin açılmasına şərait yaratdığı qənaətini yaradır. Dövlət vəsaitinin Komitənin şəxsi büdcəsində saxlanmasının hansı qanunlara əsaslandığı sualı aktuallaşır. Dövlətin müəyyən edilmiş bir dövlət büdcəsi mövcuddur. Lakin rəsmi məktubdan aydın olur ki, vəsait dövlət büdcəsinə deyil, Komitənin kənar fonduna toplanır. Elmir Ramazanovun sahibkara verdiyi məktub, Şahin Bağırovla birgə cinayət əməllərinin iştirakçısı olduğunu dolayısı ilə etiraf etməsi kimi şərh olunur. Məktubdan məlum olur ki, Elmir Ramazanov problemin kökünün Şahin Bağırovdan qaynaqlandığını dilə gətirməyə çalışır. Dövlət büdcəsindən kənar fond yaradan Gömrük Komitəsi rəhbərliyinin, ehtiyac meyarlarını bəhanə edərək “qara kassa” yaratdığı iddia edilir. Bu kassaya sahibkarların ödədiyi məbləğlərdən istənilən qədər köçürmələr edilməsi Elmir Ramazanovun məktubundan bəlli olur. Elmir Ramazanovun əvvəlki rəhbərlərdən fərqli olaraq korrupsiyanın fərqli metodlarından istifadə etməsi müşahidə edilir. O, birbaşa vəsait götürməsə də, hesablardan istənilən yerə köçürmə imkanından faydalandığı iddia olunur. Bu fond vasitəsilə manipulyasiya etməyin daha rahat və təhlükəsiz olduğu düşünülür. Dövlət Gömrük Komitəsinin hesabatlarında “Baş İdarənin büdcə hesabı” barədə heç bir açıqlama verilmir. Bu isə Elmir Ramazanov və Şahin Bağırovun şəxsi maraqlarına xidmət etdiyi ehtimalını yaradır. İllərdir verilən rəsmi hesabatlarda Elmir Ramazanovun məktubunda qeyd edilən “Baş İdarənin büdcə hesabı” termini mövcud deyil. Bu məktub böyük rezonans doğursa da, hələ də izahat verilməyib.