Hüquq Müdafiəçisi Rüfət Səfərovun Məhkəmə Hazırlıq İclası Keçirilib
Hüquq müdafiəçisi Rüfət Səfərovun xuliqanlıq və dələduzluq ittihamları ilə bağlı məhkəmə hazırlıq iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Həbs Qətimkan Tədbirinin Dəyişdirilməsi Tələbi Rədd Edilib
Müdafiə tərəfi təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim etsə də, məhkəmə bunun üçün qanuni əsas tapmadığından vəsatəti təmin etməyib.
Cinayət İşi Məhkəmə Baxışına Göndərilib
Məhkəmə iclasında cinayət işinin mahiyyəti üzrə məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Növbəti məhkəmə prosesi iyulun 14-nə təyin olunub.
Rüfət Səfərova Qarşı İrəli Sürülən İttihamlar
Qeyd edək ki, hüquq müdafiəçisi Rüfət Səfərov 2023-cü il dekabrın 3-də saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.