Qobuda qanunsuz tikintinin sahibi direktor Yəhya Abbasovdur

Qobuda qanunsuz tikintinin sahibi direktor Yəhya Abbasovdur

Abşeron rayonu Qobu qəsəbəsindəki qanunsuz tikinti: Məmur himayəsi iddiaları

Abşeron rayonunun Qobu qəsəbəsində, “Yeni Məhəllə” adlanan ərazidə, “Sədərək-Binə” yolunun üstündə nəhəng bir qanunsuz tikintinin aşkarlandığı bildirilir. Yerli sakinlərin narahatlığına səbəb olan bu obyektin tikinti işlərinin hansı əsasla aparıldığı qaranlıq qalır. Məlumata görə, tikintinin sahibi Binəqədi rayonundakı 244 nömrəli məktəbin direktoru Yəhya Abbasov Müseyib oğludur.

Direktor Yəhya Abbasovun biznes fəaliyyəti iddiaları

1999-cu ildən 244 nömrəli məktəbin direktoru vəzifəsində çalışan Yəhya Abbasovun 26 illik qazancını tikinti işlərinə sərmayə qoyaraq sahibkarlıq iddiasına düşdüyü deyilir. İddialara görə, fəaliyyəti dövründə məktəbdə xoşagəlməz hallara yol verən Yəhya Abbasovla bağlı təhsil ocağında mənfi fikirdə olanların sayı az deyil. Yaş həddi baxımından pensiya yaşına çatmasına baxmayaraq (65 yaş), onun hələ də direktor vəzifəsini davam etdirməsi suallar doğurur.

Nazirə tikilən obyekt və icazəsiz inşaat

Daxil olan məlumatlara görə, vəzifəsindən getmək fikri olmayan 65 yaşlı direktor Yəhya Abbasovun Elm və Təhsil naziri Emin Əmirullayevə möhtəşəm obyekt inşa etdirdiyi irəli sürülür. Təcrübəli direktorun həyata keçirdiyi tikinti işlərinin hüquqi əsası naməlum qalsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında bu tikinti ilə bağlı heç bir məlumatın olmadığı bildirilir.

Dövlət Komitəsinin rəsmi icazəsi olmadan aparılan bu qanunsuz tikintinin Abşeron İcra Hakimiyyətinin “razılığı” əsasında həyata keçirildiyi də iddia olunur. Qeyd edək ki, məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. Xatırladaq ki, 2022-ci ildən Abşeron İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.

Qanunsuzluğa qarşı tədbir gözləntisi

Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılacaq və qanunsuzluğa yol verən, Binəqədi rayon 244 nömrəli məktəbin direktoru Yəhya Abbasov məsuliyyətə cəlb ediləcək.

Xəbər Xətti