Xankəndi Zirvə Görüşündə Qərbi Azərbaycan Məsələsi Gündəmə Gətirildi
Bakı, 6 iyul
Cari ilin 3-4 iyul tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü mühüm hadisələrdən biri ilə yadda qalıb. Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezident İlham Əliyev Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsini qətiyyətlə qaldırıb. Bu vacib məsələ sammitin yekun sənədi olan Xankəndi Kommunikesində öz əksini taparaq beynəlxalq diqqətə çatdırılıb.
Qərbi Azərbaycan İcmasından Təşəkkür Bəyanatı
Mövzu ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayaraq bildirib ki, bu nüfuzlu beynəlxalq formatda qayıdış məsələsinin irəli sürülməsi, Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına dönməsinə dair beynəlxalq dəstəyin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan İcması bəyanatında qayıdış məsələsini beynəlxalq gündəliyə prinsipial və ardıcıl şəkildə gətirdiyi, həmçinin beynəlxalq aləmin bu məsələyə birmənalı dəstəyini təmin etdiyinə görə Azərbaycan Respublikasının Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə edib.