Kamaləddin Qafarov “Siyəzən Broyler”in faktiki sahibidir

Kamaləddin Qafarov “Siyəzən Broyler”in faktiki sahibidir

Deputatın Yeni İddiaları və Ərzaq Təhlükəsizliyi

Millət vəkilliyi fəaliyyətindən daha çox qalmaqalları ilə tanınan deputat Kamaləddin Qafarovla bağlı ictimaiyyətdə daha bir ciddi iddia yayılıb. Uzun müddətdir “dərman oliqarxı” və “onkologiya monopolisti” kimi vətəndaşların həm maddi vəziyyətinə, həm də sağlamlığına təsir etməkdə ittiham olunan şəxsin indi də ölkənin ərzaq təhlükəsizliyini təhdid etdiyi bildirilir.

Quşçuluq Müəssisəsi İlə Bağlı Mülkiyyət İddiaları

Bu iddiaların əsasında ölkənin ən böyük quşçuluq müəssisələrindən biri olan və dəfələrlə ciddi çatışmazlıqları aşkar edilmiş “Siyəzən Broyler” ASC-nin faktiki sahibliyinin deputata məxsus olması dayanır. Rəsmi sənədlərdə və vergi qeydiyyatında digər adlar göstərilsə də, faktiki vəziyyətin fərqli olduğu qeyd edilir. Bildirilir ki, bu şirkətin idarəçiliyi deputatın katibəsi Leyla xanımın həyat yoldaşı tərəfindən həyata keçirilir.

Deputatın Fəaliyyəti və Obyektlərinin İdarəçiliyi

Maraqlı məqam ondan ibarətdir ki, deputata aid bir çox digər obyektlərin də idarəçiliyi Leyla xanımın nəzarətindədir. Uzun illərdir “lal deputat” ləqəbi ilə tanınan şəxsin son dövrlər mediada aktivləşməsi də diqqət çəkən məqamlardandır. İddialardan biri də odur ki, quşçuluq müəssisəsinin idarəçiliyinin katibəsinə həvalə edilməsi kimi, deputat dərin siyasi təhlillər yazmaq üçün də ayrıca katib tutub. Görünür ki, uzun illərdir Milli Məclisdə yer tutan Kamaləddin Qafarovun əsas marağı, müxtəlif obyektlərdən əldə etdiyi kapitalın hesablanmasıdır.

Xəbər Xətti