Günay Nəzərova 298 nömrəli məktəbi dağıdır

Günay Nəzərova 298 nömrəli məktəbi dağıdır

298 nömrəli məktəbə müvəqqəti təyinatla bağlı suallar

Bu yaxınlarda 298 nömrəli məktəbə müvəqqəti direktor təyin olunması ciddi suallar doğurur. Belə ki, cəmi 2,5 illik direktor müavini təcrübəsi olan Günay Nəzərovaya əsas vəzifəsi (284 nömrəli tam orta məktəbin direktor müavini) saxlanılmaqla, 3 aylıq müddətə bu məktəbin direktor səlahiyyətlərini icra etmək tapşırılıb. Bu təyinat, xüsusilə də məhdud idarəçilik təcrübəsi nəzərə alındıqda, ictimaiyyətdə “nə üçün belə bir qərar verildi?” sualını aktuallaşdırır.

Etik qaydaların pozulması və idarəetmə üslubu

Günay Nəzərovanın 298 nömrəli məktəbdə fəaliyyətə başlaması ilə etik davranış qaydaları ilə bağlı narahatlıqlar yaranıb. Məktəbə gələn kimi həyat yoldaşını direktor kreslosunda otuzduraraq selfi çəkdirməsi və bunu geniş şəkildə paylaşması peşəkar etikaya zidd hərəkət kimi qiymətləndirilir. Təyin olunmasından cəmi bir həftə keçməsinə baxmayaraq, məktəbdə idarəçilik sanki sınaq rejimində qurulub, bu da təhsil müəssisəsini tələbkar bir sınaq meydanına çevirib.

Onun ilk “yenilik”lərindən biri məktəb həyətinə birbaşa avtomobil sürməsi olub. Bu hərəkət, məktəb kollektivinə “mən bura sahib kimi gəlmişəm” mesajını vermək cəhdi kimi qəbul edilib.

Daha sonra müəllimlərin vahid geyim qaydalarını ləğv edərək, “istədiyinizi geyinin” deməsi məktəbdə nizam-intizamın zəifləməsinə gətirib çıxarıb. Nəticədə müəllimlər idman ayaqqabıları, qeyri-rəsmi şalvarlar və dar geyimlərlə dərsə gəlməyə başlayıb, bu da təhsil müəssisəsində ciddi mühitin yaranmasına mane olub.

İş rejimi və şagirdlərlə mübahisələr

Günay Nəzərovanın iş rejimi də narazılıqlara səbəb olur. O, məktəb rəhbərləri üçün müəyyən edilmiş iş saatlarına (08:00-dan 18:00-a qədər) əməl etmir, istədiyi vaxt gəlib-gedir. Bəzən saat 11:00-da gəlib 14:00-da gedir, bəzən isə axşam saat 17:00-da görünür. Bununla yanaşı, işçiləri axşam saat 20:00-a qədər məktəbdə saxlayır, bu da onların iş rejimində gərginlik yaradır.

Direktorun məktəbdə davamlı olmaması səbəbindən müəllimlər şəxsi sənədləşmə işlərini belə yerinə yetirə bilmirlər. Şəffaflıq adı altında hər şeyin Günay Nəzərovanın şəxsi nəzarətində olması kollektivdə stress, gərginlik və qeyri-müəyyənlik mühiti yaradır.

298 nömrəli məktəbin 284 nömrəli məktəbin filialına çevrilməsi də diqqət çəkir. Direktor məktəbdə olduğu zamanlarda, 284 nömrəli məktəbdən gələn müəllimlər güllər, tortlar gətirərək saatlarla bu təhsil müəssisəsində qeyd edir, nəticədə məktəb idarəetmə mərkəzindən daha çox əyləncə məkanını xatırladır.

Dövlət layihələrinə hörmətsizlik və “daxili audit”

Günay Nəzərovanın dövlət layihələrinə qarşı münasibəti də tənqidlərə səbəb olur. Təyin olunduğu həftə ibtidai sinif müəllimlərini şənbə günü məktəbə toplayaraq, Təhsil Nazirliyinin STEAM layihəsini “yararsız və keyfiyyətsiz” adlandırması məsuliyyətsizlik kimi qiymətləndirilir. O, həmçinin proqnoza əsasən təsdiqlənmiş məktəbəhazırlıq qruplarını bağlayacağını və məktəbin 5 günlük iş sisteminə keçəcəyini bildirib.

Direktorun “ərim məktəbə təftişə gələcək” bəyanatı və həyat yoldaşı ilə direktor kreslosunda çəkdirdiyi selfini “daxili audit” adı altında ictimailəşdirməsi peşəkar idarəçilik və etik davranış normalarına zidd hesab edilir.

İkiqat vəzifə və işdə intizamsızlıq

Günay Nəzərovanın hələ də 284 nömrəli məktəbdə direktor müavini kimi qeydiyyatda olması, lakin oradakı vəzifəsini icra etməməsi, eyni zamanda bu təhsil müəssisəsində nizam-intizamdan bəhs etməsi müəmmalı görünür. Təyin olunduqdan sonra heç bir dəfə dərsə gəlməyən direktorun bu cür iddialarla çıxış etməsi, üstəlik 284 nömrəli məktəbin reytinqdə 298 nömrəli məktəbdən geri qalması fonunda, tənqidlərlə qarşılaşır.

Qeyd olunur ki, 284 nömrəli məktəbdə dərs vaxtı TikTok videolarının yayılması adi hal olsa da, əvvəllər 298 nömrəli məktəbdə telefonlardan istifadəyə ciddi nəzarət olunurdu. O, məktəbdə nadir hallarda görünməsi və uşaqlarla etik olmayan şəkildə mübahisə etməsi, hətta 9-cu sinif şagirdi ilə dalaşması onun idarəçilik keyfiyyətini sual altına qoyur. Xatırladaq ki, o, ötən tədris ilində 284 nömrəli məktəbdə şagirdi təhqir etdiyi üçün məhkəməlik olmuşdu.

Maliyyə pozuntuları və kadr özbaşınalığı

Direktorun bəzi müəllimlərə, o cümlədən Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Qurbanovaya xüsusi imtiyazlar tanıması ciddi narazılıq doğurur. Günay Nəzərovanın gəlişindən sonra Aytən Qurbanova demək olar ki, məktəbə gəlmir, lakin əməkhaqqısı davamlı olaraq ödənilir. Onun dərs vaxtı şagirdləri tədbirlərə aparması və dərslərdə qeydə alınmaması, həmçinin akademiyada işə başlamasına baxmayaraq bu məktəbdə müəllim kimi saxlanılması aşkar maliyyə pozuntusu kimi qiymətləndirilir. Bu cür ədalətsizlik digər müəllimlər arasında narahatlıq yaradır.

İşə gəlməyən, lakin direktordan qeyri-rəsmi icazə alan Mustafayeva Edilya, Rəhimova Fəqanə, Əliyeva Arzu və Qurbanova Aytən kimi müəllimlərin mövcudluğu məktəbdəki nizam-intizam problemlərini dərinləşdirir.

Kadr siyasətində də ciddi özbaşınalıqlar müşahidə olunur. İki işçi işdən çıxma ərizəsi yazdığı halda, iyunun 12-də onların yerinə tələsik şəkildə iki yeni əməkdaş işə götürülüb. Hətta köhnə işçilərə xitam verilmədən əvvəl yenilərin işə alınması qanun pozuntusudur. Yeni işçilərdən biri 284 nömrəli məktəbin direktoru Xalid müəllimin həyat yoldaşı İlahə Alıhüseynovadır. Xadimə ştatına götürülən bu şəxs məktəbə gəlib bir saat direktorun otağında oturub geri qayıdır, bu da idarəçilikdəki nöqsanlardan xəbər verir.

Sənədləşmə prosesində yol verilən səhvlər səbəbindən direktor mühasibatlığa izahat verə bilməyib. Çıxış yolu kimi, həmin işçilərə iyunun 19-da xitam verilib və sonra yenidən işə götürülüblər. Bu hərəkət hüquqi savadsızlığın və qanunvericiliyin ciddi şəkildə pozulmasının göstəricisidir.

Məktəbin gələcəyi ilə bağlı narahatlıqlar

Bütün bu baş verən özbaşınalıqlar 298 nömrəli məktəbə bu direktorun kim tərəfindən və hansı məqsədlə təyin olunduğu sualını ortaya çıxarır. Günay Nəzərova özünü Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Turanə Məcidlinin rəfiqəsi, 297 nömrəli məktəbin direktoru Cavid və 284 nömrəli məktəbin direktoru Xalidin məsləhətləşdiyi şəxs kimi təqdim edir.

Vacib əmrləri belə tərtib etməyi bacarmayan, məktəbi telefon vasitəsilə idarə edən, müəssisədə əsasən tort kəsməklə və şəkil çəkdirməklə məşğul olan bu direktorun fəaliyyəti 298 nömrəli məktəbdə nizam-intizamın tamamilə pozulmasına gətirib çıxarmaqdan başqa bir nəticə verməyəcəkmiş kimi görünür.

Xəbər Xətti

21 Şərh

  1. Könül Qurbanlı says:

    Xeberxetti.com redaksiyasına bu məsələni cəsarətlə gündəmə gətirdiyi üçün dərin təşəkkür edirəm! Bu necə ola bilər ki, belə az təcrübəsi olan bir şəxs məktəbə direktor təyin olunsun və hələ də əvvəlki vəzifəsini saxlasın? Günay Nəzərovanın 298 nömrəli məktəbdəki fəaliyyəti tamamilə qəbuledilməzdir. Direktor kreslosunda həyat yoldaşı ilə selfi çəkdirmək nə peşəkarlıq, nə də etikadır. Bu cür hərəkətlər məktəbin nüfuzuna zərbə vurur və təhsil sistemimizdəki problemləri bir daha ortaya qoyur. Belə məsuliyyətsiz addımlar dərhal araşdırılmalı və qarşısı alınmalıdır. Təhsil ocaqlarımız təcrübəsiz, məsuliyyətsiz idarəçilərin sınaq meydanına çevrilməməlidir. Ümid edirəm ki, aidiyyatı qurumlar bu biabırçılığa son qoyacaqlar.

    1. Sadiq Fərzəliyev says:

      Tamamilə razıyam! Xeberxetti.com-un bu məsələni işıqlandırmasına görə təşəkkür edirəm. Günay Nəzərovanın hərəkətləri qəbuledilməzdir və dərhal araşdırılmalıdır. Təhsil sistemimizdə belə məsuliyyətsizliyə yer yoxdur.

    2. Teymur Balayev says:

      Məktəb direktorunun təyinatı zamanı şəffaflığın və təcrübənin nəzərə alınması vacibdir. Günay Nəzərovanın təyinatı ilə bağlı narahatlıqlar, xüsusən də etik davranış və idarəetmə təcrübəsi məsələləri diqqətəlayiqdir. Ümid edirəm ki, Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirəcək və gələcəkdə daha ədalətli təyinatlar üçün tədbirlər görəcək.

  2. Eldar Kazımov says:

    Günay Nəzərova 298 nömrəli məktəbin dağıdılmasında günahkardır! Bu, təhsil sistemimizə vurulan ağır bir zərbədir. Uşaqlarımızın təhsil alması üçün yaradılmış mühitin belə məsuliyyətsizcəsinə dağıdılması qəbuledilməzdir. Səlahiyyətli orqanlar təcili olaraq müdaxilə etməli və məsələni araşdırmalı, Nəzərovanın əməllərinə görə ciddi cəza almasını təmin etməlidirlər. Bu hadisə təkcə məktəbin dağıdılması ilə deyil, gələcəyimizə verilən zərərlə də ölçülməlidir. Belə məsuliyyətsiz davranışlar cəzasız qalmamalıdır. Dərsliklərin, avadanlıqların və təhsilin qiymətinin qarşılanması üçün Nəzərova məsuliyyət daşımalıdır.

    1. Zülfiyyə Ağayeva says:

      Məktəbin dağıdılması faktı təsdiqlənməmiş ittihamlar əsasında bu cür qəti hökmlər vermək doğru deyil. Əvvəlcə məsələnin tam araşdırılması, bütün tərəflərin dinlənilməsi və yalnız bundan sonra qərar qəbul edilməsi daha ədalətli olardı. Hər hansı bir şəxsin günahı sübuta yetirilmədən onu ittiham etmək qərəzlilik və qeyri-obyektivlik yarada bilər.

  3. Xədicə Zeynallı says:

    Günay Nəzərovanın bu hərəkəti qəbuledilməzdir! Məktəb dağıtmaq nə deməkdir? Övladlarımızın gələcəyi ilə oynamağa kim icazə verib ona? 298 nömrəli məktəb illərdir neçə-neçə məzun yetişdirib. Bu məktəbin yerində nə tikmək istəyir, bilmirəm, amma təhsil ocağını dağıtmaqla gələcəyimizi dağıtdığını anlamalıdır. Belə məsuliyyətsiz insanlara etibar etmək olmaz!

    1. Aytən Əmirova says:

      Günay Nəzərovanın təyinatı və idarəçilik tərzinə dair narahatlıqlar başa düşüləndir. Lakin məsələyə bir qədər fərqli prizmadan baxmaq faydalı ola bilər. Bəlkə də, gənc və nisbətən təcrübəsiz bir rəhbərə bu qədər böyük məsuliyyətin həvalə edilməsi təhsil sistemində yeni yanaşmalara və islahatlara yol açmaq cəhdidir. İdarəçilikdəki “sınaq rejimi” və qeyri-standart hərəkətlər, ənənəvi metodlardan uzaqlaşıb daha müasir və çevik bir sistem qurmaq məqsədi daşıya bilər. Unutmaq olmaz ki, hər bir dəyişiklik müəyyən narahatlıqlar və suallar doğurur. Əsas odur ki, bu prosesdə şəffaflıq təmin edilsin və bütün tərəflərin – müəllimlərin, şagirdlərin və valideynlərin fikirləri nəzərə alınsın. Yalnız bu halda biz məktəbin gələcəyi üçün ən doğru qərarı verə bilərik.

  4. Qismət Qurbanov says:

    Bu nə biabırçılıqdır?! Günay Nəzərova kimdir ki, məktəbi dağıdır? Təhsilə düşmən kəsilən bu cür məmurları dərhal vəzifəsindən uzaqlaşdırmaq lazımdır. Ölkənin gələcəyini məhv etməyə heç kimin haqqı yoxdur. Belə rəzalətlərə göz yumanlar da eyni cinayəti törətmiş sayılırlar.

    1. Gülzar Nəsibova says:

      Günay Nəzərovanın 298 nömrəli məktəbə müvəqqəti direktor təyin edilməsi ilə bağlı narahatlıqlar başa düşüləndir. Xüsusilə idarəçilik təcrübəsinin azlığı və etik davranış qaydalarına zidd hərəkətlər iddiaları ciddi araşdırılmalıdır. Əgər bu iddialar təsdiqini tapsa, təhsil müəssisəsinin nüfuzunu qorumaq və sağlam iş mühiti yaratmaq üçün müvafiq tədbirlər görülməlidir.

  5. Aqil Balayev says:

    Nəhayət ki, bu özbaşınalığa son qoyulur! Günay Nəzərovanın 298 nömrəli məktəbə vurduğu ziyanı görməməzliyə vurmaq olmazdı. Təhsil ocağını dağıtmaq nə deməkdir axı? Belə rəhbərlər uşaqların gələcəyini məhv edir. Hesabını verməlidir bu hərəkətlərinə görə!

    1. Əziz Həsənov says:

      Əlbəttə, hər bir iddia diqqətlə araşdırılmalı və sübut olunmalıdır. Məktəbin direktoru haqqında bu cür ciddi ittihamlar varsa, ədalətli araşdırma aparılmalı və nəticələri ictimaiyyətə açıqlanmalıdır. Əgər həqiqətən də qanun pozuntusu varsa, tədbirlər görülməlidir, yox əgər yoxdursa, günahsız insanların nüfuzuna xələl gətirməməliyik.

  6. İsmayıl Vəliyev says:

    Aman Allah, yəqin Günay xanım orada elə bir “innovativ təhsil” metodu tətbiq edir ki, köhnə məktəb artıq o yükü daşıya bilmir. Yəqin, dağıdıb yerində “süni intellektlə idarə olunan təhsil kompleksi” tikəcəklər. Görəsən, şagirdlər dərsdən sonra dağıntılar altında “dərsə hazırlıq” edəcəklər? Bəlkə də bu, uşaqlara “tikinti menecmenti” fənnini əyani öyrətmək üçündür, kim bilir?

    1. Fəxri Cəfərov says:

      Bu xəbər təəssüf doğurur. Hər bir təyinatın arxasında müəyyən məqsədlər və gözləntilər olur. Bəlkə də Günay Nəzərovanın təcrübəsi az olsa da, təşəbbüskarlığı və yeni yanaşmaları ilə məktəbə fayda verə bilər. Düşünürəm ki, ona şans vermək və fəaliyyətini diqqətlə izləmək daha doğru olardı. Əgər idarəetmədə problemlər davam edərsə, o zaman müvafiq tədbirlər görülə bilər. Hər halda, məktəbin gələcəyi üçün ən yaxşı qərarın verilməsi ümidindəyəm.

  7. Sadiq Rəhimov says:

    Bu cür iddialar ciddi araşdırılmalıdır. Əgər məktəbdə həqiqətən qanunsuzluqlar baş verirsə, aidiyyəti qurumlar tərəfindən dərhal tədbirlər görülməlidir. Eyni zamanda, bu məsələdə tərəflərin mövqeləri dinlənilməli və həqiqət obyektiv şəkildə ortaya çıxarılmalıdır. Məktəbin nüfuzuna zərər vurmadan, bütün şübhələri aradan qaldırmaq üçün şəffaf bir araşdırma aparılmalıdır. Ən əsası, şagirdlərin təhsilinin bu prosesdən zərər görməməsinə diqqət yetirilməlidir.

    1. Şəbnəm Zeynalova says:

      Bu xəbər təhsil sahəsində şəffaflığın və məsuliyyətin vacibliyini bir daha vurğulayır. Düzdür, təcrübəsiz bir şəxsin rəhbərliyə gətirilməsi suallar doğura bilər, lakin hər bir rəhbərə özünü sübut etmək üçün şans verilməlidir. Əsas məsələ, qısa müddət ərzində məktəbin inkişafına yönəlmiş konkret addımlar atmaq və kollektivlə sağlam iş mühiti qurmaqdır. Əgər iddia olunan qanunsuzluqlar təsdiqini tapsa, təbii ki, ciddi tədbirlər görülməlidir, ancaq hələlik bütün tərəfləri dinləyib, obyektiv qərar vermək lazımdır.

  8. Şəbnəm Ağayeva says:

    Bu necə işdir?! 298 nömrəli məktəbin dağıdılması xəbəri məni dəhşətə gətirdi. Uşaqlarımızın təhsil alması üçün yaradılan bir müəssisənin belə amansızlıqla dağıdılması qəbuledilməzdir. Səlahiyyətli orqanlar bu məsələyə dərhal və ciddi şəkildə baxmalı, məsuliyyətli şəxslər cəzalandırılmalıdır. Belə hərəkətlər gələcək nəsillərimizin təhsilini təhlükə altına qoyur və cəmiyyətimizə böyük ziyan vurur. Bu vandalizm aktına göz yummaq olmaz! Təhsilin inkişafı üçün səy göstərmək əvəzinə belə bir əməli törətmək utancvericidir. Dərhal araşdırma aparılmalı və günahkarlar cəzalandırılmalıdır.

  9. Cəfər Paşayev says:

    Günay Nəzərovanın bu hərəkəti qəbuledilməzdir! Məktəblər gələcəyimizdir, onları dağıtmaq yox, inkişaf etdirmək lazımdır. Təhsilə belə laqeyd yanaşan məmurların cəzalandırılmasını tələb edirəm. Bu məktəbin dağıdılmasına yol verən hər kəs qanun qarşısında cavab verməlidir.

    1. Gülnar Rzayeva says:

      Günay Nəzərovanın təyinatı ilə bağlı iddialar ciddi araşdırılmalıdır. Hər bir təyinatın arxasında məqsəd olmalıdır və bu halda məktəbin inkişafına xidmət etməlidir. Əgər iddialar təsdiqini tapsa, tədbirlər görülməli, əks halda isə məktəbin normal fəaliyyətinə dəstək verilməlidir.

  10. Sürəyya Qədirli says:

    Bu xəbər tamamilə doğrudur! Belə məsuliyyətsiz və təcrübəsiz insanların rəhbər vəzifələrə təyin olunması təhsil sistemimizə vurulan zərbədir. Mikayıl Cabbarovun rəhbərliyi altında təhsil sahəsində aparılan islahatlar bu cür kadrlarla heçə endirilir. Ümid edirəm ki, aidiyyatı orqanlar bu məsələyə tez bir zamanda müdaxilə edib, günahkarları cəzalandıracaqlar.

  11. Anonymous says:

    Bəli

  12. Səbinə Heydərova says:

    Ört-basdır elədilər) Başın sağ olsun, 298!🙄

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.