Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi “Element YT” QSC ilə şübhəli milyonluq tenderlər

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi “Element YT” QSC ilə şübhəli milyonluq tenderlər

Dövlət Satınalmalarında Şübhəli Tendensiya: Milyonların Sirri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi tərəfindən 25 aprel 2025-ci il tarixində elan edilmiş açıq tender sorğusunda yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ELEMENT YT Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. Şirkətlə 10.165.227,01 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulur. Gözləmə müddəti 24 iyun 2025-ci ildə başlayıb, 2 iyul 2025-ci il tarixində başa çatacaq.

Qeyd etmək lazımdır ki, son illərdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin keçirdiyi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması satınalmalarını yalnız ELEMENT YT QSC udur. Tərəflər arasında indiyədək beş iri satınalma müqaviləsi imzalanıb: 11 noyabr 2020-ci il tarixində 12.399.775,71 manat; 21 sentyabr 2021-ci il tarixində 13.099.713,9 manat; 7 oktyabr 2022-ci il tarixində 15.144.749,4 manat; 20 noyabr 2023-cü il tarixində 14.461.575,32 manat; 11 dekabr 2024-cü il tarixində 10.621.760,17 manat. Bundan əlavə, Elm və Təhsil Nazirliyi 3 sentyabr 2024-cü ildə inzibati binada mövcud yanğınsöndürən balonların təkrar doldurulması xidmətləri üçün də ELEMENT YT QSC ilə 1.420,72 manatlıq müqavilə bağlayıb.

ELEMENT YT” QSC-nin Fəaliyyətinə dair Qaranlıq Məqamlar

Bəs idarə bu qədər vəsaiti nə kimi yanğın mühafizə sistemlərinin alınmasına və quraşdırılmasına ayırır? İdarənin 2024-cü ilin dekabrında bağladığı müqavilənin şərtlər toplusuna əsasən, 2.000 ədəd 1x16A avtomat, 1.330 ədəd 1x20A avtomat, 415 ədəd 3x50A avtomat, 5.330 ədəd iki yerli elektrik yuvası, 12.000 ədəd Led panel (30×30), 1.500 ədəd mövcud yanğın təhlükəsizlik sistemlərinin servisi, 2.335 ədəd Alüminium 4×16 SİP kabel, 3.000 metr mis 1×16 kabel, 22.500 ədəd yanğın tüstü detektorunun quraşdırılması, 308 ədəd gərginlik tənzimləyicisi, 252 ədəd akumulyatorun (12V-5A) quraşdırılması, 12.000 ədəd quru kimyəvi toz tərkibli yanğınsöndürmə balonlarının yenidən doldurulması və bu kimi 90 adda müxtəlif avadanlıqların alınaraq quraşdırılması nəzərdə tutulub. Lakin bu işlərin harada icra edildiyi məlum deyil.

ELEMENT YT QSC (VÖEN: 2005410371) Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarına əsasən, 16 yanvar 2019-cu il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizanamə kapitalı 2010.00 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev.15 ünvanında yerləşir. Qanuni təmsilçisi kimi Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərə görə, şirkət əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçib və 25 yanvar 2022-ci ildə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. İlk təsisçisi və qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub, daha sonra Abbasov Elçin Təmraz oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Qəribədir ki, milyonlarla manat dövlət sifarişi alan ELEMENT YT QSC-nin heç bir sosial şəbəkə hesabı, nə də rəsmi internet portalı yoxdur.

Maliyyə Hesabatlarının Gizlədilməsi və Şəffaflıq Problemi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq edən qərarı var. Həmin qərarın 5.1.1-ci bəndində göstərilir ki, dövlət zəmanəti ilə kredit alan, dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, habelə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan dövlət satınalmalarında iştirak edən kommersiya təşkilatlarından illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Lakin internet axtarış sistemləri vasitəsilə apardığımız araşdırmada ELEMENT YT QSC-nin illik maliyyə hesabatları barədə çox az məlumat əldə edə bildik.

Elektron mediada yer alan məlumata görə, şirkət 2022-ci ili 1 milyon 796 min manat xalis mənfəətlə başa vurub. Lakin ELEMENT YT QSC həm 2021-ci il, həm də 2023-2024-cü illər üzrə maliyyə göstəricilərini açıqlamayıb ki, bu da Nazirlər Kabinetinin müvafiq Qərarının kobud şəkildə pozulması deməkdir. Satınalmalar portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi, şirkət son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ümumi dəyəri 65.727.572 manat olan 5 satınalma müqaviləsi bağlayıb. Müqavilə bağlamaq istədiyi son tender də əlavə olunduğunda, bu rəqəm son 5 ildə 75.892.799 manat dövlət vəsaitinə bərabər olur.

Milyonların Təyinatı: Yanğın Təhlükəsizliyi Yoxsa Başqa Məqsədlər?

Tikinti norma və qaydalarına əsasən, təhsil müəssisələri yanğın xəbərverici və yanğınsöndürmə qurğuları, tüstüyə qarşı müdafiə, qəza işıqlandırma sistemləri, eləcə də digər yanğın avtomatika qurğuları ilə təchiz olunmalıdır. Həmçinin, təhsil müəssisəsinin rəhbərliyi yanğın su hovuzlarına, çənlərə, su kəməri şəbəkəsinə və hidrantlara mütəmadi texniki müşahidə aparmalı, su mənbələrinin daim yararlı vəziyyətini təmin etməli, daxili yanğına qarşı su kranlarını şlanq və lülələrlə təchiz etməlidir. Yanğın su hovuzlarında və çənlərində hesablanmış miqdarda suyun olmasına daimi nəzarət vacibdir.

Şübhəsiz ki, təhsil müəssisələrində yanğına qarşı önləyici tədbirlərin görülməsinin əleyhinə deyilik. Lakin hesab edirik ki, bu məqsəd adı altında dövlətin milyonlarla manat vəsaitinin təyinatı bəlli olmayan yerlərə xərclənməsinə ciddi nəzarət olunmalıdır. Təəssüf ki, bölgələrdə, rayon və kəndlərdə məktəblərin yanğından mühafizəsinə vəsaitlər ayrılsa da, bunlara hər məktəbdə əməl olunmur. Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi ilə ELEMENT YT QSC arasında son dörd il ərzində bağlanan müqavilələrin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılmasından daha çox başqa məqsədlərə xidmət etdiyi də buradan açıq-aşkar görünür.

İdarə Rəisi Valeh Mirzəliyevin Rolu

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzəliyevdir. O, 2022-ci ilin mart ayından bu vəzifəyə təyin olunub. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə, Valeh Mirzəliyev nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

Xəbər Xətti

15 Şərh

  1. Cavidan Paşayev says:

    Bu, qətiyyən yolverilməzdir! Görünür, bəzi məmurlar dövlət büdcəsini şəxsi cibləri kimi görürlər. Belə tender oyunları ilə ancaq özlərini güldürürlər. Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalı və günahkarlar ən sərt şəkildə cəzalandırılmalıdır. Xalqın pulunu talayanların yeri həbsxanadır!

    1. Babək Şabanov says:

      Bu məsələdə bir qədər ehtiyatlı olmaq lazımdır. Tenderlərin şəffaf keçirilməsi və dövlət vəsaitlərinin düzgün xərclənməsi vacibdir, amma hər hansı bir şirkətin ardıcıl olaraq tenderləri udması avtomatik olaraq qanun pozuntusu anlamına gəlmir. Ola bilsin ki, “Element YT” QSC bu sahədə ən yaxşı təklifi verir və ya ən ixtisaslı şirkətdir. Əlbəttə ki, bu, araşdırılmalı olan bir məqamdır, ancaq ittihamlar irəli sürməzdən əvvəl bütün faktları dəqiqləşdirmək lazımdır.

  2. Mehriban Qurbanova says:

    Bu nə biabırçılıqdır?! Elm və Təhsil Nazirliyinin bu “tender oyunları” ilə dövlət büdcəsini necə taladıqlarına baxın! ELEMENT YT QSC adlı bir şirkət necə olur ki, illərdir bütün tenderləri udur? Burada açıq-aşkar korrupsiya və qanunsuzluq var! Bu məsuliyyətsiz məmurlar xalqın pulunu necə xərclədikləri barədə hesabat verməlidirlər. Belə əməllərə göz yummaq olmaz, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır!

    1. Əhməd Əhmədov says:

      Tenderlərdə bir şirkətin davamlı olaraq qalib gəlməsi, həqiqətən də, şəffaflıq və rəqabət məsələlərini gündəmə gətirir. Bu cür halların araşdırılması, tender proseslərinin ədalətli və qanunvericiliyə uyğun aparılması üçün vacibdir. Şübhələrin aradan qaldırılması və ictimaiyyətin etibarının qorunması məqsədilə, müvafiq qurumlar tərəfindən ətraflı yoxlamalar aparılmalıdır.

  3. Əhməd Qurbanlı says:

    Bu qədər təkrarlanan tenderlər, üstəlik hamısının eyni şirkət tərəfindən udulması, dövlət vəsaitlərinin necə xərcləndiyi barədə ciddi suallar yaradır. Mikayıl Cabbarovun rəhbərliyi altında bu idarədə baş verənlərə nəzər salmaq lazımdır. Görünür, bəzi məmurlar dövlətin pulunu öz cibləri kimi görürlər. Belə hallar dərhal araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır.

    1. Rübabə Orucova says:

      Tenderlərin davamlı olaraq eyni şirkət tərəfindən qazanılması rəqabət mühitinin olmaması və ya şəffaflığın yetərli səviyyədə təmin edilməməsi kimi narahatlıqlar doğurur. Bu cür halların araşdırılması və ictimaiyyətə hesabat verilməsi dövlət vəsaitlərinin səmərəli xərclənməsinə nəzarətin gücləndirilməsi üçün vacibdir. Həmçinin, bu prosesdə digər şirkətlərin də iştirakını təmin etmək üçün şərtlərin daha ədalətli olması vacibdir.

  4. Xatirə Qurbanova says:

    Bu nə olan işdir? Elm və Təhsil Nazirliyi bu “ELEMENT YT” QSC ilə niyə bu qədər sıx əməkdaşlıq edir? Beş ildir, ancaq bu şirkətə milyonlar xərclənir. Başqa şirkətlər yoxdur, ya tenderlər şəffaf keçirilmir? Bu qədər pul hara gedir, bu sistemlər doğrudan da bu qiymətə dəyərmi? Korrupsiyaya qarşı mübarizə aparırıq deyirik, amma görünən budur ki, bəzi məmurlar hələ də dövlət büdcəsini şəxsi biznesləri üçün istifadə edirlər. Hesabatlılıq və şəffaflıq təmin olunmalıdır!

    1. Sürəyya Sadıqova says:

      Tenderlərin şəffaflığı və rəqabət mühitinin təmin edilməsi vacibdir. Bəlkə də “Element YT” QSC bu sahədə ən yaxşı təklifləri verir və ya xüsusi texniki tələblərə cavab verir. Ancaq bu, digər şirkətlərin iştirakını məhdudlaşdırmamalıdır. Tender şərtlərinin daha geniş auditoriyaya açıq olması və müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi bu şübhələri aradan qaldıra bilər.

  5. Qurban Salahov says:

    Ay sağ ol, Elm və Təhsil Nazirliyi! Görünür, yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Amma bir sualım var: bu “ELEMENT YT” QSC-də yanğına qarşı hansı super texnologiya var ki, başqa heç kimdə yoxdur? Bəlkə, elə bir sistem qurublar ki, yanğın baş verməmiş söndürür? Yoxsa, bu şirkətin “elementləri” nazirlikdəki bəzi “elementlərlə” eyni cür düzülüb? Hər halda, dövlət pulları ilə bu qədər “elementar” oyunlar oynamaq yolverilməzdir. Belə getsə, bizdə təhsilin də, elmin də “elementləri” yox olacaq.

    1. Elvin Əfəndiyev says:

      Təəssüf ki, tenderlərin şəffaflığı və effektivliyi hər zaman suallar doğurur. Yanğın təhlükəsizliyi kimi həyati əhəmiyyətli məsələlərdə ən yaxşı təklifin seçilməsi vacibdir. Ümid edək ki, Elm və Təhsil Nazirliyi bu tenderlərdə ən sərfəli və keyfiyyətli həlləri seçməklə dövlət vəsaitlərinin düzgün xərclənməsinə nəzarət edir.

  6. Əminə Hüseynova says:

    Ay Allah, bu nə olan şeydir?! Görünür, Elm və Təhsil Nazirliyində “Element YT” QSC ilə sevgi romanı yaşanır. Hər il bu şirkətə milyonlar xərclənir, ancaq yanğın sistemləri hələ də quraşdırılmayıb? Yoxsa quraşdırılıb, amma biz görmürük? Bəlkə də bu şirkət nazirliyin gizli xəzinəsidir? Nə isə, görünür, yoxlamalar gələnə qədər biz bu “yanğınsız yanğın” tamaşasına baxmağa davam edəcəyik. Kim bilir, bəlkə də növbəti tenderdə “Element YT” QSC-yə kosmik gəmi də aldırılar.

    1. Əsmət Əfəndiyeva says:

      Elm və Təhsil Nazirliyi tərəfindən eyni şirkətlə davamlı olaraq böyük məbləğdə müqavilələrin imzalanması şəffaflıq və rəqabət məsələlərini gündəmə gətirir. Bu hal, digər şirkətlərin iştirakı üçün bərabər imkanların yaradılması və tender proseslərinin ədalətli keçirilməsi baxımından diqqətəlayiqdir. Belə davamlı əməkdaşlıq, ictimaiyyətdə suallar doğura bilər və bu səbəbdən nazirlik tərəfindən əlavə izahat və şəffaflığın təmin edilməsi vacibdir.

  7. Kamran Şabanov says:

    Bu cür xəbərlər ölkəmizin inkişafına kölgə salmaq istəyən qüvvələrin məqsədli şəkildə yaydığı böhtanlardan başqa bir şey deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri göz qabağındadır. Belə böyük layihələrdə hər zaman qüsurlar axtaranlar tapılacaq, ancaq biz onların yalanlarına inanmayacağıq!

    1. Qəmər Abdullayeva says:

      Hörmətli vətəndaş, ölkəmizdəki müsbət dəyişiklikləri görmək sevindiricidir, lakin bu, hər bir sahədə şəffaflığa və hesabatlılığa ehtiyac olmadığı anlamına gəlmir. Tenderlərin şəffaf keçirilməsi və qalibin seçimi zamanı ədalət prinsipinin qorunması dövlət vəsaitlərinin səmərəli xərclənməsinin əsas şərtidir. Yalnız bir şirkətin davamlı olaraq qalib gəlməsi rəqabətin olmaması və qiymətlərin şişirdilməsi riskini yaradır ki, bu da sonda dövlət büdcəsinə zərər vura bilər.

  8. Qurban Muradov says:

    Görünür, “Element YT” QSC-nin bəxti gətirib, ya da nazirlikdə kimlərləsə “elementar” əlaqələri var. Hər il eyni şirkət, eyni tender, eyni milyonlar… Bu nə sirli nağıldır? Yəqin ki, yanğın təhlükəsizliyi sahəsində bu şirkətdən daha “yanğınadavamlı” şirkət yoxdur! Maraqlıdır, bu qədər pul xərclənən yanğın sistemləri bir dəfə də olsun “sınaqdan” keçirilibmi? Yoxsa, “gözdən uzaq, könüldən iraq” prinsipi ilə işləyirlər? Nə isə, biz sadəcə vergi ödəyiciləriyik, cibimizdən çıxan pulların necə xərcləndiyini soruşmaq haqqımız yoxdur, eləmi?

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.