Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə qərarını icra etməkdən boyun qaçırır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə qərarını icra etməkdən boyun qaçırır

Dövlət Borcu: Məhkəmə Qərarı Necə İcrasız Qalır?

Masallı rayon Boradigah qəsəbə sakini Azad Abdullayev Zadil oğlunun Bakunews.az redaksiyasına ünvanladığı müraciət ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemləri bir daha gündəmə gətirib. Belə ki, vətəndaşın iddiasına görə, 2017-ci ildə onun əmlakı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və ona tabe olan Kiçik Qızılağac Balıqartırma Zavodunun rəhbərliyi tərəfindən qanunsuz olaraq mənimsənilib. Məhkəmə instansiyaları bu qanunsuzluğu təsdiqləsə də, dəymiş ziyanın ödənilməsi barədə hökmlər bu günə qədər icra olunmur.

Qanunun Üstünlüyü Harada Qalır?

Şirvan Kommersiya Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi Azad Abdullayevə dəymiş 112.000 manatlıq zərərin ödənilməsi barədə qərar çıxarıb. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kassasiya şikayəti də əsassız sayılaraq geri qaytarılıb. Lakin bu qətnamələr 4 ildən çoxdur ki, Lənkəran İcra və Probasiya Şöbəsində formal səbəblərlə yerinə yetirilmir. Azad Abdullayev iddia edir ki, icra məmurları borclu tərəfin dövlət qurumu olması səbəbindən əməli tədbir görməkdən yayınır, hətta ETSN hüquqşünasları ilə əlbir olub prosesi uzadır və borclunun xeyrinə hərəkət edirlər.

Rüşvət Tələbi Və Həyat Təhdidləri

Şikayətçinin sözlərinə görə, 2021-ci ildə icra prosesinə başlandığı zaman ondan 12.000 manat məbləğində rüşvət tələb olunub. Azad Abdullayev bu tələbi rədd etdikdən sonra icra prosesinin bilərəkdən ləngidildiyini bildirir. Bu müddət ərzində o, dəfələrlə hədə-qorxuya, təhdidlərə və psixoloji təzyiqlərə məruz qaldığını, hətta bir neçə dəfə intihara cəhd etdiyini açıqlayıb. “Mənə deyirlər ki, səni ‘gedər-gəlməzə’ yollarıq. Mən nə etmişəm ki, bu qədər zülm edirlər? Nə narkotik baronuyam, nə də dövlətə xəyanət etmişəm. Yalnız haqqımı, məhkəmə qətnaməsinə əsaslanan hüququmu tələb edirəm,” – deyə Azad Abdullayev bildirir.

Dövlət Qurumlarının Mövqeyi

Ən təəssüf doğuran məqamlardan biri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş rəhbəri Muxtar Babayevin və zavod direktoru Abbasov Dadaşın məhkəmə proseslərində və vətəndaşla görüşlərdə açıq-aşkar “dövlət vətəndaşa pul ödəmir”, “dövlət alır, vermir” kimi ifadələr işlətməsidir. Azad bəy bu cümlələri həm şikayətlərində, həm də qəbulda olduğu yüksək vəzifəli şəxslərə dəfələrlə çatdırdığını bildirir. Abdullayev Azad bu illər ərzində Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ombudsmana, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və Milli Məclisə yüzlərlə yazılı və elektron müraciət ünvanladığını, 30-dan çox yüksək səviyyəli qəbulda iştirak etdiyini, lakin heç bir nəticə əldə etmədiyini vurğulayır.

Nazir Qəbulu Və Vətəndaşın Hüququ

Şikayətçi Abdullayev Azad bildirir ki, 02 may 2025-ci il tarixində İmişli rayonunda keçirilən səyyar qəbul zamanı Ədliyyə naziri Fərid Əhmədovun qəbuluna yazılıb və səhər saatlarında qeydiyyatdan keçib. Lakin qəbul günü nazirin nümayəndəsi olan ədliyyə məmuru Kamal və digər əməkdaşlar onun qəbula daxil olmasına imkan verməyiblər. “Dedilər, get, əlindən gələni et,” – deyə Azad bəy redaksiyamıza bildirib. Onun sözlərinə görə, bu hadisə hüququn, qanunun, dövlətin vətəndaşa qarşı qapandığı daha bir nümunədir. Azərbaycan Respublikasının Konstitusiyasına və “İcra haqqında” Qanuna əsasən, məhkəmə qətnamələri dövlətin adından çıxarılır və hamı üçün məcburidir – istər fiziki, istərsə də hüquqi şəxslər, istərsə də dövlət qurumları. Lakin real vəziyyət göstərir ki, dövlət qurumu vətəndaşa borclu olanda bu məcburiyyət sanki qüvvədən düşür.

Bu cür münasibət bir daha göstərir ki, vətəndaşın müraciətlərinə cavab vermək əvəzinə, qurumlar məsuliyyətdən yayınmağa üstünlük verirlər. Əgər bir vətəndaş nazir qəbuluna belə yaxın buraxılmırsa, hansı “xalqla bir yerdə olan dövlət” prinsipi burada tətbiq olunur? Bakunews.az redaksiyası olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumlardan — xüsusilə Ədliyyə Nazirliyi, İcra Baş İdarəsi, ETSN və Baş Prokurorluqdan bu məsələyə hüquqi və vicdani yanaşma göstərilməsini tələb edirik. Çünki hüquq yalnız güclü üçün yox, zəifin də qoruyucusu olanda ədalət sayılır.

Xəbər Xətti

15 Şərh

  1. Eldar Cəfərov says:

    Ay sağ olun, Ekologiya Nazirliyi! Belə getsə, bizdə ekoloji problemlər yox, ekoloji “fürsətlər” yaranacaq. Məhkəmə qərarlarını saymamaqla, nazirlik həm də hüquqi dövlət quruculuğuna özünəməxsus töhfəsini verir. Nə deyək, uğurlarınız bol olsun, nazirlik! Yəqin ki, növbəti “uğurunuz” daha da gözlənilməz olacaq.

    1. Emin Nəbiyev says:

      Məhkəmə qərarlarının icrası hər bir dövlət qurumu üçün, o cümlədən Ekologiya Nazirliyi üçün də prioritet olmalıdır. Əgər qərarlar icra olunmursa, bunun ciddi səbəbləri araşdırılmalı və ictimaiyyətə şəffaf şəkildə izah edilməlidir. Əks təqdirdə, cəmiyyətdə dövlət qurumlarına inam azalır və bu, bütövlükdə dövlətçiliyimizə zərər vurur. Ümid edirəm ki, nazirlik tezliklə bu məsələyə aydınlıq gətirəcək.

  2. Arif Abdullayev says:

    Bu nazirlik nə vaxt iş görəcək? Məhkəmə qərarını belə saymırlar, onda vətəndaşın halı necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunlara hörmət etməyi öyrənməlidir. Belə şeylər dövlətə olan inamı azaldır. Qanun hamı üçün qanundur!

    1. Sərxan Rafiqov says:

      Görünür, Ekologiya Nazirliyi hələ də “Qanun nədir?” adlı stolüstü oyunu oynayır. Yəqin elə bilirlər, zər düşəndə ancaq öz xeyirlərinə olan xanaları seçə bilərlər. Amma unutmasınlar ki, bu oyunun sonunda “məhkəmə” adlı böyük bir patron var!

  3. Minayə Tağıyeva says:

    Aha, deməli, nazirlik qanunlara məhəl qoymur? Yəqin elə bilirlər, təbiəti qorumaqdan vacib işləri var. Nə deyək, ekologiyamızın “parlaq” gələcəyi naminə göz yummağa davam edirik. Əsas odur ki, nazirlikdə hər şey “nizamlıdır”.

    1. Ramin Salmanov says:

      Hər bir dövlət qurumu, o cümlədən Ekologiya Nazirliyi qanunlara riayət etməlidir. Əks halda, vətəndaşların dövlətə olan inamı sarsıla bilər. Məhkəmə qərarlarının icra olunmaması digər vətəndaşlar üçün də pis nümunə ola bilər və cəmiyyətdə haqsızlıq hissini gücləndirə bilər. Belə olan halda, qanunun aliliyini təmin etmək üçün bütün tərəflərin məsuliyyətli davranması vacibdir.

  4. Fariz Paşayev says:

    Bu nə biabırçılıqdır? Məhkəmə qərarı var, ortada qanunsuzluq var, amma Ekologiya Nazirliyi qərarları saymır! Bu nazirlik elə bilir ki, onlar qanundan üstündür? Vətəndaşın haqqını tapdalayıb, üstəlik rüşvət tələb edirlər, sonra da hədə-qorxu gəlirlər. Belə şey olar? Qanun hamı üçün birdir! Əgər məhkəmə ziyanı ödəmək barədə qərar veribsə, ödəməlidirlər! Nazirlik rəhbərliyi bu işə dərhal müdaxilə etməli və günahkarları cəzalandırmalıdır. Əks halda, bu ölkədə ədalət axtarmağın mənası nədir?

    1. Tofiq Qədirli says:

      Məhkəmə qərarının icra olunmaması, doğrudan da, narahatlıq doğuran məsələdir. Qanunun aliliyi hər bir dövlət qurumu və vətəndaş üçün əsasdır. Ümid edirəm ki, Ekologiya Nazirliyi bu məsələyə diqqətlə yanaşaraq, qanun çərçivəsində ədalətli bir həll yolu tapacaq. Belə hallarda şəffaf araşdırma aparılması və günahkarların məsuliyyətə cəlb olunması ədalətə olan inamı gücləndirər.

  5. Səbinə Sadıqova says:

    Bu xəbər bir daha göstərir ki, bəzi məmurlarımız qanunları saymır, özbaşınalıq edirlər. İlham Əliyev cənablarının apardığı islahatlara baxmayaraq, hələ də köhnə düşüncəli insanlar var. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapar və günahkarlar cəzalandırılar.

    1. Cavid Ramazanov says:

      Mən də sizinlə razıyam ki, məhkəmə qərarlarının icrası hər bir dövlət qurumu üçün prioritet olmalıdır. Lakin bəzən qərarların icrası müəyyən vaxt tələb edə bilər, çünki prosesdə bir çox amillər nəzərə alınmalıdır. Ümid edirəm ki, bu məsələdə də qanunvericiliyə uyğun şəkildə ədalətli qərar qəbul ediləcək.

  6. Şahnaz Talıbova says:

    Bu biabırçılıqdır! Məhkəmə qərarını saymayan nazirlik rəhbərliyi bilməlidir ki, qanun hamı üçün qanundur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar məhz qanunun aliliyini təmin etməyə yönəlib. Belə hallara yol verən məmurlar layiqli şəkildə cəzalandırılmalıdırlar!

    1. Nisə Rafiqova says:

      Məhkəmə qərarlarının icra olunmaması qanunun aliliyinə zərbədir və hər bir vətəndaşın hüquqlarının qorunmasına olan inamını sarsıdır. Nazirlik tərəfindən bu qərarın icra edilməməsi, digər dövlət qurumları və vətəndaşlar üçün də pis nümunə ola bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələyə tezliklə müdaxilə edərək ədalətin bərpa olunmasına nail olacaqlar.

  7. Emin Əmirov says:

    Bu xəbər bir daha göstərir ki, bəzi məmurlar qanunları saymır, özbaşınalıq edirlər. Cənab Prezident İlham Əliyevin apardığı islahatlar sayəsində bu kimi hallar aradan qaldırılacağına inanıram. Belə hallara yol verən məmurlar layiqli cəzalarını almalıdırlar ki, başqalarına da dərs olsun.

    1. Pəri Camalova says:

      Məhkəmə qərarlarının icra olunmaması qanunun aliliyinə ciddi zərbədir və hər bir vətəndaşın haqqını tapdalamaq deməkdir. Bu cür halların araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunması, dövlət qurumlarına etimadı artırmaq və ədaləti bərpa etmək üçün vacibdir. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapar və vətəndaşın zərəri ödənilər.

  8. Eldar Səmədov says:

    Bu necə dövlətdir ki, nazirlik məhkəmənin qərarına hörmət qoymur? Bu, dövlət qurumunun vəzifəsini aşması, qanunları saymaması deməkdir. Belə nazirlik rəhbərləri xalqın pulunu necə xərcləyirlər? Məhkəmə qərarını icra etməmək nə deməkdir? Qanun hamı üçün eyni olmalıdır! Əgər nazirlik məhkəmənin qərarını yerinə yetirmirsə, onda adi vətəndaşdan nə gözləmək olar? Bu biabırçılığa son qoyulmalıdır!

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.