Arayik Harutyunyan və digərlərinin məhkəməsində Xocalı qurbanları dindirildi

Arayik Harutyunyan və digərlərinin məhkəməsində Xocalı qurbanları dindirildi

Hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmə prosesi davam edir

Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi zamanı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarını pozma, eləcə də terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama kimi çoxsaylı əməllərdə ittiham olunan Ermənistan Respublikasının vətəndaşları — Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin işi üzrə açıq məhkəmə prosesi iyulun 11-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində, hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən iclasda ittiham olunan şəxslərin hər biri doğma dillərində tərcüməçi, eləcə də müdafiəçiləri üçün vəkillərlə təmin ediliblər.

Prosesdə ittiham olunan şəxslər, onların müdafiəçiləri, zərərçəkən şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkən şəxslərə məhkəmə heyətini, dövlət ittihamçılarının tərkibini, tərcüməçiləri təqdim edib, həmçinin onların qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Xocalı soyqırımı qurbanlarının və digər zərərçəkənlərin ifadələri

Zərərçəkən Mehriban Bəkirova ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, Xankəndiyə aparılaraq orada 10 gün girov saxlanıldığını bildirib. O vaxt onun 4 azyaşlı övladı, o cümlədən bir neçə günlük Günay adlı körpəsi olub. Bir yaş yarım yaşlı oğlu başından qəlpə yarası alıb. Mehriban Bəkirova girovluqda işgəncələrə məruz qalıb, ondan Xocalı aeroportunda polis qismində çalışan həyat yoldaşı Abdulla Həmzəyev barədə məlumatlar tələb edilib. Qızı Günay girovluqda aldığı zərbələr səbəbindən 15 yaşında vəfat edib.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında soyqırımdan əvvəl də Xocalının mütəmadi olaraq atəşə tutulduğunu, buna görə də zirzəmiyə sığındıqlarını, körpəsini fevralın 23-də zirzəmidə dünyaya gətirdiyini söyləyib. Bildirib ki, girovluqda olarkən körpəsi ondan alınıb. Üç gün sonra Viktoriya adlı erməni olmayan qadın körpəsini taparaq yanına gətirib. Bu zaman məhkəmədə jurnalist Viktoriya İvlevanın (“Moskovskiye novosti” qəzetində dərc olunmuş, özünün də fotosu yer alan qəzet səhifəsi nümayiş etdirilib. Hərbi fotomüxbir Viktoriya İvlevanın Xocalıda çəkdiyi fotolar “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabında da yer alıb.) şəkli göstərilib. M.Bəkirova onlara kömək edən qadının fotodakı şəxs olduğunu təsdiqləyib.

Xocalı sakini Mürsəl İlyasov ifadəsində Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum edəndə onun və ailə üzvlərinin qonşuları Osman Həmdiyevin zirzəmisinə sığındıqlarını deyib. Həmin vaxt orada 4 ailənin üzvləri, ümumilikdə 26 nəfər olub. Zirzəmiyə qumbara atılıb və atəşə tutulub. Nəticədə o, üzündən, sol qolundan və sağ əlinin barmaqlarından xəsarətlər alıb. Yaşadığı küçədəki evlərin əksəriyyəti, o cümlədən onların evi yandırılıb, 92 yaşlı nənəsi də evdə yanaraq ölüb. Zərərçəkənin atası Məhəmməd İlyasov gözlərinin qarşısında güllələnib. Qardaşı Əhməd İlyasov da Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistan silahlı qüvvələri onları girov götürüb Xankəndiyə aparıblar. M.İlyasov dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabında bildirib ki, girovluqda olduğu zaman işgəncələrə məruz qalıb, döyülüb. Bir neçə gün sonra Azərbaycan hərbçilərinə təhvil verilib.

Zərərçəkən Əlövsət Quliyev Xocalı şəhərində ailəsi ilə yaşadığını bildirib. 1992-ci ildə Xocalı soyqırımından əvvəl – yanvarın 21-də postda olarkən ermənilər tərəfindən açılan atəş nəticəsində başından güllə ilə yaralanıb. Fevralın 25-dən 26-na keçən gecə şəhərə hücum edilərkən zirzəmidə gizlənib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, Ermənistan silahlı qüvvələri şəhərə daxil olarkən oranı tək edərək Ağdam rayonuna gəlib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkən Əvəz Abbasov Kərkicahan sakini olduğunu, 1989-cu ildə ermənilərin onun və qardaşının üzərinə qumbara atdığını deyib. O bildirib: “Mən üçüncü sinif şagirdi idim, qardaşım Eyvaz birinci sinifdə oxuyurdu. Bir qrup şəxs yaxınlaşıb dedi ki, biz azərbaycanlılardan qisas alacağıq. Mən kömək üçün adam çağırmaq istəyəndə üstümüzə qumbara atdılar. Qardaşım həlak oldu, mən isə ağır yaralandım. Şuşa, Ağdam və Bakı xəstəxanalarında müalicə olundum”. Digər qardaşının da ermənilər tərəfindən güllələndiyini deyən Ə.Abbasov onun sonradan Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olduğunu söyləyib.

Qiyas Alıyev ifadəsində Kəlbəcər rayonunun Ağdaban kənd sakini olduğunu, 1992-ci il aprelin 8-də Ermənistan silahlı qüvvələrinin kəndə hücumu zamanı ağır güllə yarası aldığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, kənddə evlər yandırılıb, mülki şəxslər, o cümlədən qohumları qətlə yetirilib. Kənd sakinlərindən 4 nəfəri tankla əzərək qətlə yetiriblər. O əlavə edib: “Beş yaşlı qızın evdən çıxmadığını görən əmisi onu xilas etmək üçün evə daxil olub. Qızı kürəyinə alıb çıxarkən, qapının ağzında hər ikisi bir güllə ilə vurulub. Əmim həlak olub, qız isə yaralı vəziyyətdə, can verirmiş. Onu aparıb yaxınlıqdakı torpağı qazıb, yaralı vəziyyətdə oraya basdırmışdılar. Həmin vaxt əmimgilin bir qonşusu yaxınlıqda gizlənib, baş verənləri görürmüş. Erməni hərbçilər getdikdən sonra qonşu onların basdırıldığı yeri qazıb və qızın meyitini çıxarıb”.

Sadıq Rəhimov ifadəsində 1991-1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi üçün döyüşlərdə iştirak etdiyini, Suqovuşanda yaralandığını deyib. “Orada Yevlaxdan olan yaralı bir əsgərin üstündən ermənilərin tankla keçdiyini görmüşəm”, – zərərçəkən əlavə edib.

Tünzalə Paşayeva ifadəsində Xocalı sakini olduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin şəhərə hücum etdiyini bildirib. O, ailə üzvlərilə Kətik meşəsinə sığınıb, sonra isə girov götürülüblər. Girov götürülməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin hərbçiləri onun bibisoğlu Mehdi Həsənovu güllələyərək qətlə yetiriblər.

Zərərçəkən Validə Nəsibova ifadəsində Xocalı soyqırımı zamanı yaralandığını bildirib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında hadisələr zamanı qardaşının iki övladının öldürüldüyünü, anasının, gəlinlərinin yaralandığını söyləyib: “Mənim öz uşağım meşədə qalmışdı. Bir sutkadan sonra donmuş vəziyyətdə gətirdilər”.

Rəşad Əliyev ifadəsində 1992-ci ildə azyaşlı ikən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Müşfiq Sadıqov ifadəsində Xocalı soyqırımı zamanı atasının yaralandığını, yaxın qohumlarının qətlə yetirildiyini bildrib. O, hadisələr zamanı digər mülki insanların da öldürüldüyünü, evlərin talan olunduğunu və yandırıldığını, sağ qalanların müxtəlif üsullarla aldadılaraq girov götürüldüyünü söyləyib: “Məsələn, ermənilər qaz borusunu deşib yandırmışdılar, özləri də gizlənmişdi. Soyuq havada qızınmağa gələn mülki azərbaycanlıları qısa müddətdə girov götürürdülər”.

Samirə Ələsgərova ifadəsində 1998-ci il avqustun 26-da atası Mirzə Ələsgərovla birlikdə Tovuz rayonunun Şıxheybət kəndində, özlərinə məxsus əkin sahəsində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Üç gün sonra Azərbaycan tərəfə təhvil veriliblər.

Elfaq Hacıyev ifadəsində bildirib ki, 1993-cü il iyunun 12-də Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə Ağdamın Mərzili kəndində yaralanıb və Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əsirlikdə olarkən ona çoxlu işgəncələr verilib, o cümlədən sinəsinə xaç çəklib, qızıl dişləri zorla çıxarılıb. Şuşa həbsxanasında işlədilən zaman dəmir borunu erməni nəzarətçinin göstərdiyi yerə qoyarkən onu elektrik cərəyanı vurub. O, huşsuz vəziyyətə düşüb. Özünə gələndə Xankəndidəki uşaq xəstəxanasında olduğunu bilib. Əsirlikdə 9 ay 18 gündən sonra Azərbaycana təhvil verilib.

Zərəçəkən Umud Ayvazov ifadəsində Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə Çənlibel adlı ərazidə yaralandığını söyləyib.

Mətləb Allahverdiyev ifadəsində Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini oduğunu, 1993-cü il mayın 16-da ailəsinə məxsus kartof sahəsində işləyərkən özünün, atası Şiraslanın, qardaşı Kamilin, Şakir Kazımovun və Faiq Həsənovun girov götürüldüyünü bildirib. Onlar təxminən 25 gün Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində saxlanılıb, daha sonra İrəvana aparılıb. Girovluq müddətində M.Allahverdiyevə və digər azərbaycanlı girovlara işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb. 1993-cü il sentyabrın 28-də Azərbaycana təhvil verilib.

Arif Musayev ifadəsində 1992-ci il mayın 10-da Tovuz rayonun Əlibəyli kəndində Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını bildirib və əlavə edib: “On dəfə əməliyyat olunmuşam, hələ də ağrılarla yaşayıram”.

İfadə verən zərərçəkənlər – Xaliq İsgəndərov və Eldar Qasımov 1992-ci, Namiq Nağıyev isə 1993-cü ildə yaşadıqları Tovuz rayonunun Əlibəyli kəndində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində xəsarət aldıqlarını bildiriblər. E.Qasımov minaatan mərmisinin partlaması nəticəsində sağ gözünü itirib.

İdris Aslanov ifadəsində 1996-cı ildə Tovuz rayonunda mal-qara otararkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürüldüyünü deyib. O, girovluqda döyülüb, işgəncələrə məruz qalıb. Bir ay sonra girovluqdan azad edilərək geri qaytarılıb.

Novruz Novruzov ifadəsində Azərbaycan ərazilərinin müdafiəsi uğrunda döyüşərkən əsir götürüldüyünü, əsirlikdə işgəncələrə məruz qaldığını, təxminən 20 gün sonra Azərbaycana təhvil verildiyini deyib.

Yaşar Tağıyev ifadəsində 1992-ci və 1993-cü illərdə Azərbaycan ərazilərinin müdafiəsi uğrunda gedən döyüşlərdə yaralandığını söyləyib.

Rauf Mehtiyev ifadəsində 15 yaşı olarkən mal-qara otararkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, girovluqda 18 gün qaldığını bildirib.

Zərərçəkənlər, həmçinin ittiham olunan şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını cavablandırıblar.

Məhkəmə prosesi iyulun 14-də davam etdiriləcək.

Cinayət işinin təfərrüatları və irəli sürülən ittihamlar

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 şəxs ittiham olunur.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Bu cinayətlər beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir.

Xəbər Xətti

14 Şərh

  1. Aqil Rəhimov says:

    Xocalı soyqırımının günahkarlarının məhkəməsi illər sonra da olsa ədalətin bərpa olunması yolunda mühüm addımdır. Bu prosesdə Xocalı qurbanlarının dindirilməsi, onların acılarını dünyaya çatdırmaq üçün tarixi bir fürsətdir. İlham Əliyevin rəhbərliyi altında bu məhkəmənin keçirilməsi, şəhidlərimizin ruhunun şad olmasına və gələcək nəsillərə ədalət dərsi olmasına xidmət edir.

    1. Əfsun Salmanova says:

      Xocalı soyqırımının günahkarlarının məhkəməsi ədalətin bərpa olunması üçün vacibdir, lakin bu, hələ də bir başlanğıcdır. Qurbanların ifadələri tarixi əhəmiyyət daşısa da, prosesin şəffaf və beynəlxalq standartlara uyğun aparılması daha çox əhəmiyyət kəsb edir. Bu məhkəmə, bütün günahkarların ədalət qarşısına çıxarılması və gələcəkdə bu cür faciələrin təkrarlanmaması üçün bir nümunə olmalıdır.

  2. Cavidan Yusifov says:

    Bu məhkəmə prosesi, Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini əbədiləşdirmək və ədaləti bərpa etmək üçün mühüm addımdır. Arayik Harutyunyan və digərlərinin əməlləri bəşəriyyətə qarşı cinayətdir və onlar törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Bu məhkəmə, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bir dərs olmalıdır. Azərbaycan xalqı ədalətin bərpa olunacağına inanır və bu prosesin sonuna qədər davam etdirilməsini tələb edir.

    1. Əsmət Vəliyeva says:

      Xocalı soyqırımında günahsız insanların qətlə yetirilməsi dəhşətli bir faciədir və bu hadisənin qurbanlarının xatirəsi hər zaman yad edilməlidir. Arayik Harutyunyan və digərlərinin məhkəməsi, ədalətin bərpa olunması və gələcəkdə belə cinayətlərin təkrarlanmaması üçün vacib bir addımdır. Məhkəmə prosesinin şəffaf və ədalətli keçirilməsi, həm qurbanların ailələri, həm də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir.

  3. Səadət Bağırova says:

    Bu məhkəmə prosesi Xocalı soyqırımının unudulmaması və günahkarların layiqli cəzasını alması üçün çox vacibdir. Prezident İlham Əliyevin və dövlətimizin bu məsələdəki prinsipial mövqeyi qürurvericidir. Ədalət mütləq bərpa olunmalıdır!

    1. Nigar Ələkbərova says:

      Xocalı soyqırımının qurbanlarının dindirilməsi, bu dəhşətli hadisənin canlı şahidlərinin ifadələri vasitəsilə ədalətin bərpası yolunda mühüm addımdır. Bu məhkəmə prosesi, həm də gələcək nəsillərə Xocalıda baş verənləri olduğu kimi çatdırmaq və belə faciələrin bir daha təkrarlanmaması üçün tarixi bir dərstir. Günahkarların məsuliyyətə cəlb olunması, həm Xocalı qurbanlarının xatirəsinə hörmət, həm də beynəlxalq hüququn aliliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir.

    2. Tahir Balayev says:

      Xocalı soyqırımı qurbanlarının dindirilməsi, bu dəhşətli hadisənin canlı şahidlərinin ifadələri əsasında həqiqətlərin üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyır. Bu məhkəmə prosesi, həm də gələcək nəsillərə Xocalıda baş verənləri olduğu kimi çatdırmaq və bu cür faciələrin bir daha təkrarlanmaması üçün bir xəbərdarlıqdır. Ədalətin bərpa olunması, yalnız qurbanların xatirəsinə hörmət deyil, həm də beynəlxalq hüququn aliliyinin təmin edilməsi deməkdir.

  4. Sevil Fətullayeva says:

    Bu məhkəmə prosesi çox vacibdir. Xocalı soyqırımını törədənlər layiqli cəzalarını almalıdırlar. Bu cinayətlər unudulmamalıdır və günahkarlar ədalət qarşısında cavab verməlidirlər. Arayik Harutyunyan və digərləri törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Bu, bütün dünya üçün bir dərs olmalıdır ki, soyqırım və insanlıq əleyhinə cinayətlər heç vaxt bağışlanmayacaq.

    1. İsmayıl İbrahimov says:

      Bu məhkəmə prosesi, eyni zamanda, gələcək nəsillər üçün tarixi bir ədalət nümunəsi olmalıdır. Xocalı qurbanlarının xatirəsini yad etməklə yanaşı, bu prosesin şəffaf və ədalətli keçirilməsi, regionda sülhün və barışığın bərqərar olmasına da töhfə verə bilər. Ədalətli qərar, həm də Azərbaycan cəmiyyətində hüququn aliliyinin təmin olunmasına inamı artıracaq.

  5. Emil Nəsibov says:

    Bu məhkəmə prosesi nə qədər vacibdir! Xocalı soyqırımının günahsız qurbanlarının əzablarını bütün dünyaya göstərmək üçün ədalət mütləq bərpa olunmalıdır. Bu cinayətkarlar layiqli cəzalarını almalıdırlar ki, gələcəkdə heç kim belə vəhşiliklərə cəsarət etməsin. Dünya ictimaiyyəti bu məhkəməni diqqətlə izləməli və Xocalı qurbanlarının səsinə səs verməlidir.

    1. Cəfər Şükürov says:

      Xocalı qurbanlarının dindirilməsi, əlbəttə ki, çox vacib bir addımdır. Bu, onların yaşadıqları dəhşətləri dünyaya çatdırmaq üçün bir fürsətdir. Ancaq ədalətin bərpa olunması yalnız cinayətkarların cəzalandırılması ilə deyil, həm də həqiqətin tam üzə çıxarılması və bütün tərəflərin məsuliyyətinin müəyyən edilməsi ilə mümkündür. Gələcəkdə belə faciələrin təkrarlanmaması üçün hər bir detal araşdırılmalı və dərslər çıxarılmalıdır.

  6. Arif Bağırov says:

    Bu məhkəmə prosesi, Xocalı soyqırımını törədənlərin ədalətə cavab verməsi üçün çox vacibdir. Arayik Harutyunyan və digərlərinin bu cinayətlərə görə məsuliyyətə cəlb edilməsi, bütün dünya üçün bir mesaj olmalıdır ki, insanlığa qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq və bağışlanmayacaq. Bu qaniçənlərin əməlləri nəticəsində günahsız insanların qanı tökülüb və onlar layiqli cəzalarını almalıdırlar.

    1. Murad Xəlilov says:

      Xocalı soyqırımı qurbanlarının dindirilməsi, bu dəhşətli hadisənin şahidlərinin səslərini dünyaya çatdırmaq üçün mühüm bir addımdır. Bu məhkəmə prosesi, ədalətin bərpa olunmasına və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün bir xəbərdarlıq siqnalı olmalıdır. İnanıram ki, bu proses nəticəsində günahkarlar layiqli cəzalarını alacaqlar.

    2. Natiq Əliyev says:

      Xocalı soyqırımının qurbanlarının dindirilməsi, bu dəhşətli hadisənin ədalətli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mühüm addımdır. Məhkəmə prosesinin şəffaf və ədalətli keçirilməsi, həm qurbanların xatirəsinə hörmət, həm də gələcəkdə bu cür faciələrin təkrarlanmaması üçün vacibdir. Bu proses, beynəlxalq ictimaiyyətə insanlığa qarşı cinayətlərin qəbuledilməz olduğunu göstərməlidir.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.