Mədəniyyət Nazirliyinin Baş Göynükdəki yanmış kluba 9 illik etinasızlığı

Mədəniyyət Nazirliyinin Baş Göynükdəki yanmış kluba 9 illik etinasızlığı

Baş Göynük kəndində mədəniyyət ocağının acınacaqlı vəziyyəti

Şəki rayonunun Baş Göynük kəndində 1950-ci ildə “Qafqaz” kolxozu dövründə kənd camaatının iməciliklə inşa edib istifadəyə verdiyi kənd klubu 2016-cı ildə naməlum səbəbdən yanaraq yararsız vəziyyətə düşmüşdür. Yanğının səbəbi indiyədək sakinlərdən ötrü müəmmalı olaraq qalır, çünki hadisə zamanı klubda işıq və qaz xətti mövcud deyildi. Əsas problem isə ondan ibarətdir ki, son doqquz il ərzində Şəki Mədəniyyət İdarəsinin balansında fəaliyyət göstərən, əvvəllər “Mədəniyyət evi”, hazırda isə “Sənətkarlar evi” adlanan 300 kvadratmetr sahəsi olan bu klub binası hələ də bərpa edilməmişdir.

Mədəniyyət Nazirliyinin vədləri və laqeyd münasibəti

Yanğından bir il sonra, yəni 2017-ci ildə Bakıdan gəlmiş və özlərini Mədəniyyət Nazirliyinin əməkdaşları kimi təqdim edən dörd nəfər rəsmi şəxs yanmış binaya baxış keçirmiş və yerli əhaliyə söz vermişdilər ki, məsələ nazirlikdə qaldırılacaq, “Mədəniyyət evi” daha gözəl və müasir formada bərpa edilərək yenidən kənd sakinlərinin istifadəsinə veriləcəkdir. Kasıb camaat nazirliyin rəsmi qonaqlarına hörmətlə süfrə açıb yola salmışdı. Lakin aradan doqquz il keçməsinə baxmayaraq, nə Mədəniyyət Nazirliyindən, nə də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi rəhbərliyindən 10000 əhalisi olan, 4000 illik qədim tarixi Baş Göynük kəndinin mədəniyyət ocağının bərpası ilə maraqlanan olmamışdır. Yerli sakinlər bildirirlər ki, divarının qalınlığı 70 sm olan bu binanın bərpası üçün o qədər də böyük xərc tələb olunmur; yerli tikinti materiallarından istifadə etməklə binanın bərpası mümkündür. Onların sözlərinə görə, təki Mədəniyyət Nazirliyi cəmi 20-30 min manat vəsait ayırsa kifayətdir, onlar öz babaları kimi bu tarixi binanı yenidən olduğu kimi bərpa edə bilərlər.

Tarixi kəndin mübariz ruhu və hazırkı məhrumiyyəti

Baş Göynük kəndinin son 300 illik tarixinə nəzər yetirdikdə məlum olur ki, burada yaşayan insanlar heç bir qorxu bilməyən, cəsarətli, mübariz və mərd olublar. Məsələn, 1734-cü ildə Şəki-Qax yolunun 21-ci kilometrliyində yerləşən Biləcik kəndi yaxınlığında Nadir Şahın töycü yığan 100 nəfərlik dəstəsinin yerli sakinlərə qarşı tətbiq etdiyi zülmə qarşı üsyan qaldıraraq bir gecədə onların hamısını məhv etmişlər. 1807-ci ildə Baş Göynük kəndinə rəhbərlik edən sərkərdə Sultan Murad yüzbaşı iki il Çar Rusiyası İmperiyasının Şəki xanlığına təyin etdiyi Cəfərqulu xana itaət etməkdən imtina etmişdir. Xan İlisu ərazisindən götürdüyü 1100 nəfərlik süvari dəstəsi və mobil toplarla üsyançıların hərəkatını üç günlük döyüşdən sonra yatıra bilmişdir. 1930-cu il aprelin 13-də isə kənd sakinləri Sovet İmperiyasının zonadakı (Balakəndən Ağdaş-Qəbələyədək) hakimiyyətini devirərək yeni hökumət formalaşdırmışlar. Tarixə “Şəki üsyanı” kimi daxil olmuş bu üsyan da Stalinin göstərişi əsasında amansızlıqla yatırılmışdır. Budur, bu gün fakt bundan ibarətdir ki, İran, Çar Rusiyası və Sovet İmperiyalarına qarşı təkbaşına mübarizə aparmış Baş Göynük kəndi sakinləri sadəcə bir “mədəniyyət evi”ndən məhrum edilmişdir. Bu, sadəcə Mədəniyyət Nazirliyi rəhbərliyinin yerli sakinlərə qarşı sərgilədiyi hörmətsizlik, etinasızlıq və məsuliyyətsizlikdir.

Büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi

Mədəniyyət Nazirliyi dövlət büdcəsindən ona ayrılan illik vəsaitin təxminən 20 milyon manatını Şəki Regional Mədəniyyət İdarəsinə ayırır. Bəs bu vəsaitdən heç olmasa region müdiri 20 min manatı Baş Göynük kəndində fəaliyyət göstərən “Sənətkarlar evi”nin binasının təmirinə ayıra bilməzmi? Təbii ki, ayıra bilər, əgər maraq olsa. Bəs bu pulların əsas hissəsi hara xərclənir? Şəki və digər rayon mərkəzlərində yerləşən musiqi məktəblərinin hər il təkrar-təkrar təmir işlərinə.

Seçkilər və ictimai məkan problemi

Qeyd edək ki, müəyyən vaxtlarda ölkəmizin hər yerində olduğu kimi, Baş Göynük kəndində də prezident, deputat, bələdiyyə seçkiləri keçirilir. Məlum olduğu kimi, bu seçkilərdə namizədlər təbliğat-təşviqat kampaniyalarını müəyyən klublarda, mədəniyyət evlərində keçirirlər. Bu, əvvəllər Baş Göynük kəndində də belə olub. Lakin son doqquz ildir ki, istər prezident, istərsə də deputat seçkilərində hava şəraitindən asılı olmayaraq təbliğat kampaniyaları kəndin küçələrində keçirilir. Bütün bunlar rayon İcra Hakimiyyəti rəsmilərinin, rayon ictimaiyyətinin gözləri qarşısında cərəyan edir. Lakin təəssüflər olsun ki, nə rayon İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi bu problemin aradan qalxmasına səy göstərmir.

Xəbər Xətti

14 Şərh

  1. Nərmin Məmmədova says:

    Mədəniyyət Nazirliyi nə işlə məşğuldur? Baş Göynükdəki klub 9 ildir yanır, bunlar hələ də susurlar! Bu nazirlik ümumiyyətlə nəyə lazımdır? Büdcədən ayrılan pulları hara xərcləyirlər? Belə mədəniyyət nazirliyi heç kimə lazım deyil!

    1. Xatirə Muradova says:

      Mədəniyyət Nazirliyinin Baş Göynükdəki klubun vəziyyətinə 9 il ərzində laqeyd qalması ciddi narahatlıq doğurur. Ancaq nazirliyin fəaliyyətini tamamilə inkar etmək ədalətli olmazdı. Bəlkə də, büdcə vəsaitlərinin bölgüsündə prioritetlər fərqli şəkildə müəyyən edilir və ya bu problemin həlli üçün yerli idarəetmə orqanları ilə birgə fəaliyyət daha effektiv ola bilərdi. Hər halda, bu məsələdə şəffaflığın və ictimai nəzarətin artırılması vacibdir.

  2. Natiq Muradov says:

    Bu məlumat məni çox təəssüfləndirdi. Mədəniyyət Nazirliyinin bu məsələyə laqeyd yanaşması qəbuledilməzdir. Ümid edirəm ki, bu xəbərdən sonra nazirlik məsələyə diqqət yetirəcək və klubun bərpası üçün tədbirlər görəcək. Belə mədəniyyət ocaqlarının qorunması bizim hamımızın borcudur. Hesab edirəm ki, yerli icma da bu işdə fəal iştirak etməlidir.

    1. Nabat Talıbova says:

      Tamamilə doğrudur, Mədəniyyət Nazirliyinin bu məsələdəki passivliyi mədəni irsimizə vurulan zərbədir. Ancaq düşünürəm ki, problemin kökü sadəcə nazirlikdə deyil, həm də yerli icmanın təşəbbüssüzlüyündədir. Bəlkə də, icma öz gücünü birləşdirib, müxtəlif layihələr təqdim etməklə və ya sponsorlar axtarmaqla bu məsələdə daha aktiv rol oynaya bilərdi. Unutmayaq ki, mədəniyyət ocaqları sadəcə nazirliklərin deyil, həm də xalqın özünün dəyəridir.

  3. Ülkər Qurbanlı says:

    Bu məlumat məni çox üzdü. Mədəniyyət Nazirliyinin bu məsələyə bu qədər uzun müddət ərzində laqeyd yanaşması qəbuledilməzdir. Ümid edirəm ki, bu xəbərdən sonra aidiyyəti qurumlar məsələyə daha ciddi yanaşar və qısa zamanda klubun bərpası üçün tədbirlər görər. Bu cür mədəniyyət ocaqlarının qorunması gələcək nəsillər üçün çox vacibdir. Mədəniyyət Nazirliyinin bu məsələdə daha aktiv və məsuliyyətli olmasını gözləyirəm.

    1. Şəbnəm Şirinova says:

      Baş Göynük kəndindəki mədəniyyət ocağının bu vəziyyəti həqiqətən də narahatlıq doğurur. Ümid edirəm ki, ictimaiyyətin diqqəti sayəsində Mədəniyyət Nazirliyi bu məsələyə daha həssas yanaşar və kəndin mədəni həyatının canlanması üçün konkret addımlar atılar. Belə mədəni irs nümunələrinin qorunması həm yerli icma, həm də ölkənin mədəni zənginliyi üçün böyük əhəmiyyət daşıyır.

  4. Rübabə Mikayılova says:

    Bu məsələnin diqqətə çatdırılması yaxşı haldır. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi bu problemi tez bir zamanda həll etmək üçün addımlar atacaq. 9 il çox uzun bir müddətdir və yerli icma üçün bu klubun bərpası böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, nazirlik yerli memarlar və mühəndislərlə əməkdaşlıq edərək, klubun yenidən qurulması üçün bir plan hazırlamalıdır. Həmçinin, yerli bizneslərin və sakinlərin də bu prosesə cəlb edilməsi vacibdir. Belə bir layihənin həyata keçirilməsi, bölgənin mədəni həyatına yeni nəfəs verəcək və gələcək nəsillər üçün dəyərli bir miras olacaqdır.

    1. Qəmər Mustafayeva says:

      Tamamilə doğrudur, problemin bu qədər uzun müddət həllini tapmaması düşündürücüdür. Lakin Mədəniyyət Nazirliyinin resurslarının məhdud olduğunu və prioritetlərin fərqli ola biləcəyini də nəzərə almaq lazımdır. Bəlkə də, yerli icma və bizneslər bir araya gələrək, klubun bərpası üçün özləri təşəbbüs göstərsələr, daha sürətli və effektiv nəticə əldə etmək mümkün olar.

  5. Hüseyn Məmmədov says:

    Doqquz il?! Doğrudan da, biabırçılıqdır! Baş Göynük camaatı nə etsin? Toylarını, yaslarını harda keçirsin? Mədəniyyət Nazirliyi ancaq Bakıda parıltılı tədbirlər keçirməyi bilir. Rayonlara gəlib, vəd verib, sonra da unudurlar. O “nazirlik işçiləri” yəqin ki, Baş Göynüyün yerini də xəritədə göstərə bilməzlər. Bəs onda niyə gəlib camaatı ələ salırlar? Belə şeyləri eşidəndə adamın ürəyi ağrıyır. Görəsən, nazirlikdə bu biabırçılığa görə kimsə utanırmı heç? Yoxsa onlar üçün “bir kənd klubu da batsın, nə olar ki”? Ayıb olsun!

    1. Tofiq Əsgərov says:

      Doğrudur, vəziyyət qəbuledilməzdir. Amma düşünürəm ki, problemin həlli üçün tək Mədəniyyət Nazirliyini günahlandırmaq ədalətli olmazdı. Yerli icra hakimiyyəti və bələdiyyə də bu məsələdə məsuliyyət daşıyır.

  6. Rəna Mirzəyeva says:

    Bu biabırçılıqdır! Mədəniyyət Nazirliyi Baş Göynük kəndinin klubuna 9 il ərzində göz yumub. Bu, sadəcə laqeydlik deyil, həm də xalqımıza, tariximizə hörmətsizlikdir. Nə üçün bu qədər müddət ərzində bir mədəniyyət ocağı bərpa olunmur? Nazirlik işləmir, vədlərini yerinə yetirmir. Baş Göynük camaatı haqlı olaraq narazıdır. Bu məsələ ən qısa zamanda həll olunmalıdır!

    1. Əfsanə Qədirli says:

      Baş Göynük kəndindəki mədəniyyət ocağının 9 il ərzində bərpa olunmaması həqiqətən də narahatlıq doğurur. Mədəniyyət Nazirliyinin bu məsələyə diqqət yetirməməsi yerli əhalinin haqlı narazılığına səbəb olub. Ümid edirəm ki, nazirlik tezliklə bu problemi həll edərək kənd sakinlərinin mədəniyyətə çıxışını təmin edəcəkdir.

  7. Pəri Vəliyeva says:

    Ay Mədəniyyət Nazirliyi, yəqin elə bilirsiz Baş Göynükdə adam yaşamır? 9 il nədir, ay yazıqlar, o kəndin camaatı nə günah işləyib ki, mədəniyyət evindən məhrum olub? Bəs vədləriniz? Gəlmisiz, süfrə görüb gedibsiz, sonra da yox olmusuz? İndi o camaat harda yığışsın, dərdi-sərini kimlə bölüşsün? Belə şeyləri eşidəndə adamın lap ürəyi ağrıyır. Bir az vicdanınız olsun, ay nazirlik işçiləri!

    1. Şəbnəm Abdullayeva says:

      Baş Göynükdəki mədəniyyət ocağının taleyi, ümumilikdə bölgələrdəki mədəni irsin qorunması məsələsinə diqqət çəkir. Bəzən mərkəzdən uzaq yaşayış məntəqələrindəki bu cür obyektlər diqqətdən kənarda qalır, halbuki onların bərpası yerli icmaların sosial həyatı üçün böyük əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyinin bu məsələyə daha həssas yanaşması, yerli əhalinin ehtiyaclarını nəzərə alaraq konkret addımlar atması vacibdir. Unutmayaq ki, mədəniyyət təkcə paytaxtda deyil, ölkənin hər bir guşəsində çiçəklənməlidir.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.