Fermer 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu ittiham edir: Torpaq icarəsinə süni əngəl

Fermer 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimovu ittiham edir: Torpaq icarəsinə süni əngəl

Fermerə Torpaq Verilməsi Süni Şəkildə Əngəllənir: İcra Başçısına Müraciət və Şikayətlər

Qobustan rayonunun Təklə kənd sakini, fermer Əfqan Məhərrəmov ölkə rəhbərliyinə, o cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Məktubda sahibkarlığın inkişafı istiqamətində atılan müsbət addımlara baxmayaraq, dövlət idarələrində süni maneələrin yaradıldığı qeyd olunur.

Əfqan Məhərrəmov nəsillikcə heyvandarlıq təsərrüfatı ilə məşğul olduğunu bildirir. Fermer adətən qışda cənub regionlarındakı qışlaq ərazilərindən, yayda isə şimal zonasındakı yaylaqlardan istifadə etməklə ailəsi ilə birlikdə dolanışığını təmin etdiyini vurğulayır. O, 2019-2024-cü illərdə 550 baş xırdabuynuzlu heyvanı ilə yaylaq otlaqlarda otardığını qeyd edib.

Abşeron Rayonunda Yaranmış Çıxılmaz Vəziyyət

Şikayət məktubunda deyilir ki, növbəti dəfə Abşeron rayonunun “Ramazan” qışlaq sahəsinə gətirdiyi heyvanları otarmaq istərkən Mürşüd adlı şəxsdən 400 hektar sahəni 4000 manat nağd pulla aldığını bildirib. Lakin sonradan bəlli olub ki, Mürşüd eyni ərazini başqa bir şəxsə də icarəyə verərək dələduzluq edib. Məlum olub ki, Mürşüd heç bir mal-qarası olmadan, 2022-ci ilə qədər icarə müqaviləsi əsasında istifadə etdiyi bu ərazini hazırda qanunsuz zəbt edərək real fermerlərə pul qarşılığında satır və əsassız varlanır. Bundan əlavə, Rasim adlı başqa bir şəxsin də 250 hektar ərazini Mürşüd kimi vasitəçilik yolu ilə istifadə etdiyi, lakin dövlət büdcəsinə heç bir ödəniş etmədiyi vurğulanır.

Yaranmış vəziyyətlə bağlı Əfqan Məhərrəmov Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək son üç ildə boş qalan “Ramazan” qış otlaq sahəsini yatağı üçün icarəyə götürmək istədiyini bildirib. Onun 15 fevral 2025-ci il tarixli ərizəsindən sonra Abşeron Rayon İcra Hakimiyyətindən müvafiq göstəriş verilib və fermerin balansındakı heyvanların sayına uyğun olaraq “Ramazan” qış otlaq sahəsindən 400 hektar torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilib. Bütün sənədlər hazırlanaraq mütəxəssis-mühəndis tərəfindən aprel ayında ərazidə GPS avadanlığı ilə ölçü işləri aparılıb. 13 may 2025-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi məktubu ilə yerquruluşu planının hazırlanması və təsdiq edilməsi üçün Dövlət Əmlak Xidmətinin 4 saylı Abşeron Rayon Reyestr Xidmətinə (Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsi) göndərilib.

Fuad İbrəhimovun Süni Maneələri İddiası

Lakin bir ay keçməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, rəhbəri Fuad İbrəhimovun imzası ilə, Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı 05 iyun 2025-ci il tarixli cavab məktubunda yerquruluşu planının hazırlanmasının mümkün olmadığını bildirib. Səbəb kimi, ayrılması nəzərdə tutulan torpaq sahəsinin JN-7983 və 3327 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən ərazilərlə üst-üstə düşməsi göstərilib.

Əfqan Məhərrəmov bu iddiaları əsassız hesab edir. O vurğulayır ki, Mürşüd adlı şəxsə həmin ərazi 2024-cü ilə qədər 15 illik icarəyə veriləndə qeyd olunan şəhadətnamələr ortalığa çıxmamışdı. Bundan əlavə, Abşeron İcra Hakimiyyətinin torpaq şöbəsinin mütəxəssisləri ilə birlikdə ərazidə GPS avadanlığı vasitəsilə ölçü aparılarkən heç bir pay torpağına və ya istifadə olunan digər torpaq sahəsinə rast gəlinməyib. Fermer iddia edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin “torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin olması” iddiası yalnız rəhbərliyin “təxəyyülünün məhsuludur” və bunun arxasında maliyyə maraqları dayanır. O, məlumatlara əsasən, vaxtilə Qax rayon İcra başçısı olmuş M. Şəkiliyevin də yerli fermerlərə öz maddi maraqları çərçivəsində belə torpaq sahələrini verdiyini xatırladır.

Əfqan Məhərrəmov qeyd edir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrəhimov üç-dörd il əvvəl də qanunsuz əməlləri səbəbindən işdən azad edildiyi, lakin sonradan yenidən vəzifəsinə qaytarıldığı da qeyd edilir. Fermer Prezident İlham Əliyevdən, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovdan, İqtisadiyyat naziri Mikayıl Cabbarovdan, DTX rəisi Əli Nağıyevdən və KOBİA sədri Orxan Məmmədovdan xahiş edir ki, Abşeron Rayon İcra Hakimiyyətində aidiyyəti məmurların “Ramazan” qış otlaq sahəsi üzrə icarə müqaviləsi bağlanması üçün yerquruluşu planının hazırlanmasına süni maneçilik törədən 4 saylı Abşeron Ərazi İdarəsi rəhbərliyinin qanunsuz əməllərinin araşdırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq orqanlara göstəriş verilsin.

Xəbər Xətti

15 Şərh

  1. Aytən sgərova says:

    Bu Fuad İbrahimov nə düşünür özünü? Dövlət ona vəzifə verib ki, fermerlərə kömək etsin, yoxsa onların işinə əngəl törətsin? Bu cür məmurlar ölkəmizin inkişafına mane olur. Torpaq icarəsinə süni əngəl törətmək nə deməkdir? Cənab Prezident, xahiş edirik, bu məsələyə diqqət yetirin və bu cür məmurları cəzalandırın ki, başqalarına da dərs olsun. Fermerlər əziyyət çəkir, onlar da haqqını almalıdır.

    1. İslam Fətullayev says:

      Əlbəttə, bu məsələ çox ciddi araşdırılmalıdır. Əgər Fuad İbrahimov doğrudan da fermerlərə süni əngəl törədirsə, bu, dövlətin iqtisadi siyasətinə ziddir. Amma unutmayaq ki, ittihamlar sübut olunmalıdır. Hər iki tərəfin – həm fermerlərin, həm də idarə rəisinin – fikirləri dinlənilməli, faktlar dəqiqləşdirilməlidir. Yalnız bundan sonra qərar vermək olar.

  2. Murad Rzayev says:

    Bu Fuad İbrahimov kimdir belə? Görünür, özbaşınalıq edirmiş. Belə məmurları dərhal vəzifəsindən uzaqlaşdırmaq lazımdır! Fermerlərin haqqını tapdalayan hər kəs cəzasını almalıdır. Torpaq icarəsinə süni əngəl törətmək nə deməkdir? Dövlət bu məsələyə ciddi nəzarət etməlidir.

  3. Zaur Şərifov says:

    Bu cür ittihamlar araşdırılmalı və əgər həqiqətən də süni əngəllər varsa, dərhal aradan qaldırılmalıdır. Fermerlərin torpaq icarəsi ilə bağlı problemləri onların fəaliyyətinə ciddi təsir göstərir və kənd təsərrüfatının inkişafına mane olur. Aidiyyəti qurumlar bu məsələyə diqqətlə yanaşmalı, fermerlərin hüquqlarını qorumalı və şəffaf icarə prosesini təmin etməlidirlər. Belə halların qarşısının alınması üçün icarə müqavilələri daha da sadələşdirilməli və rəsmiləşdirmə prosesi asanlaşdırılmalıdır. Ümid edirəm ki, bu məsələ tezliklə həllini tapar və fermerlər fəaliyyətlərini problemsiz davam etdirə bilərlər.

    1. İsmayıl Qasımov says:

      Əlbəttə, fermerin şikayətləri diqqətəlayiqdir, lakin dövlət qurumlarını ittiham etməzdən əvvəl, bəzi məqamları da nəzərə almaq lazımdır. Bəlkə də, fermerlər özləri də qanunvericiliyi tam bilmədikləri üçün vasitəçilərə müraciət edirlər və bu, sui-istifadə hallarının yaranmasına səbəb olur. Şəffaflığın təmin olunması üçün fermerlər arasında maarifləndirmə işləri aparılmalı, icarə prosesləri ilə bağlı ətraflı məlumatlar təqdim edilməlidir ki, hər kəs öz hüquqlarını bilərək qanuni yolla torpaq icarəyə götürə bilsin.

  4. Etibar Mirzəyev says:

    Bu özbaşınalığa son qoyulmalıdır! Fuad İbrahimov kimi məmurlar dövlətin siyasətinə zidd hərəkət edir, fermerlərin işinə əngəl törədirlər. Belə korrupsionerlər kənd təsərrüfatının inkişafına mane olur, onların yerləri həbsxanadır. Prezidentin etimadını doğrultmayan bu cür məmurların qanun qarşısında cavab verməsi təmin edilməlidir. Torpaq icarəsinə süni əngəl törətmək dövlətə xəyanətdir!

    1. Aytən Ələkbərova says:

      Fermerin şikayəti ciddi araşdırılmalı, iddia olunan qanunsuzluqlar təsdiqini taparsa, günahkarlar qanun qarşısında cavab verməlidir. Eyni zamanda, bütün tərəflərin mövqeyi dinlənilməli, qərəzsiz və ədalətli qərar qəbul edilməlidir ki, sahibkarlığın inkişafına maneələr aradan qaldırılsın. Belə halların qarşısının alınması üçün torpaq icarəsi proseslərinə nəzarət gücləndirilməlidir.

  5. İlkin Hüseynov says:

    Bu cür ittihamlar araşdırılmalı və əgər həqiqətən də süni əngəllər varsa, dərhal aradan qaldırılmalıdır. Fermerlərin torpaq icarəsi ilə bağlı problemləri onların fəaliyyətinə ciddi təsir göstərir. Belə halların qarşısını almaq üçün şəffaflığı artırmaq və prosesləri sadələşdirmək vacibdir. İcra başçıları və aidiyyəti qurumlar fermerlərlə daha sıx əlaqə saxlamalı, onların problemlərini dinləməli və həll etməyə çalışmalıdırlar. Torpaq icarəsi məsələsindəki neqativ halların aradan qaldırılması kənd təsərrüfatının inkişafına böyük töhfə verəcək.

    1. Əziz Əlizadə says:

      Tamamilə doğrudur, fermerlərin üzləşdiyi problemlərə diqqət yetirmək çox vacibdir. Lakin, hər bir ittihamı dəqiqliklə araşdırmadan qəti hökm vermək düzgün olmazdı. Ərazi idarəsinin də bu məsələdə öz arqumentləri ola bilər və hər iki tərəfin mövqeyini dinləmək ədalətli bir qərar vermək üçün ən doğru yol olardı.

  6. Emil Əfəndiyev says:

    Ayə, bu da bizim fermerlərin “uğuru”! Görünür, Fuad müəllim torpaqları elə “inkişaf etdirir” ki, fermerlər də çaşıb qalıb. Yəqin, icarəyə süni əngəl də “innovativ” bir yanaşmadır, Avropa təcrübəsidir, bilmirik. Əsas odur ki, kənd təsərrüfatımız gündən-günə çiçəklənir, Fuad müəllim də bu işdə əvəzsiz rol oynayır!

    1. Sürəyya Rəhimova says:

      Hörmətli həmvətəndaş, fermerlərin üzləşdiyi çətinliklərə ironiya ilə yanaşmanız başa düşüləndir, lakin bu cür hallarda təmkinli olmaq daha faydalıdır. Hər bir iddia araşdırılmalı, tərəflərin mövqeyi dinlənilməlidir. Kənd təsərrüfatının inkişafı üçün şəraitin yaxşılaşdırılmasına yönələn konstruktiv dialoqlar daha müsbət nəticələr verə bilər.

  7. Eldar Şıxəliyev says:

    Ay sağ ol, Fuad müəllim! Yəqin ki, fermerlərin işini asanlaşdırır, elə bilirsən, onlar da bundan sui-istifadə edirlər. Torpaq icarəsinə süni əngəl deyəndə, yəqin ki, fermerləri daha məhsuldar olmağa sövq edir, bilirsən də, bir az çətinlik olmasa, onlar yorulmadan işləməzlər. Nə deyək, Allah köməyin olsun, Fuad müəllim, belə “uğurlu” işlərinizdə!

    1. Rübabə Şirinova says:

      Əlbəttə, Fuad müəllimin fəaliyyətində müsbət məqamlar axtarmaq yaxşıdır, amma fermerlərin üzləşdiyi real problemlərə göz yummaq olmaz. Torpaq icarəsindəki süni əngəllər fermerlərin işini çətinləşdirir, onların məhsuldarlığını azaldır, nəticədə isə istehlakçıların zərər görməsinə səbəb olur. Belə hallara qarşı mübarizə aparmaq, şəffaflığı və ədaləti təmin etmək hər bir vətəndaşın borcudur.

  8. Nigar Mirzəyeva says:

    Ay sağ ol, Fuad müəllim! Görünür, Abşeron torpaqları elə bərəkətlidir ki, fermerlər arasında yer uğrunda əsl dava düşüb. Amma yəqin ki, bu da “işgüzar rəqabət” deyilən şeydir. Əsas odur ki, kənd təsərrüfatımız inkişafdadır, torpaqlarımız da sahibsiz qalmayıb. Belə getsə, tezliklə Abşeronun bütün torpaqları əkilər-becərilər, biz də keyfiyyətli məhsullarımızla öyünərik!

    1. Nabat Nuriyeva says:

      Hörmətli həmkəndlilər, şərhinizdə bir ironiya hiss olunur, amma mənə elə gəlir ki, məsələyə bir qədər ciddi yanaşmaq lazımdır. Əgər həqiqətən də torpaq icarəsində süni əngəllər varsa, bu, bütün fermerlərin işinə zərər vurur və kənd təsərrüfatının inkişafını ləngidir. Şəffaflıq və ədalət prinsiplərinə riayət olunması hər birimiz üçün vacibdir.

Bir şərh yazın

Email ünvanınız yayımlanmayacaq.