Konqo Demokratik Respublikasının paytaxtı Brazzavildə orduya çağırış tədbiri öncəsi stadionda yaranan izdiham nəticəsində 40-a yaxın adam ölüb, çoxlu sayda insan yaralanıb.
Bu barədə xarici KİV hökumətin bəyanatına istinadən məlumat yayıb. “Faciə Ornano stadionunda noyabrın 20-dən 21-nə keçən gecə baş verib. Fövqəladə Hallar Xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb”, – hökumətin kommünikesində deyilir. Portalın məlumatına görə, stadionda orduya çağırış tədbirləri keçirilib. Yerlərin məhdudluğu səbəbindən namizədlər gecə saatlarında növbəyə düzülüb. Konqo DR-də orduya qəbul müqavilə əsasında həyata keçirilir və hərbi xidmət gənc konqolular arasında çox populyardır. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment