Xeberxetti.com Daily Mailə istinadən xəbər verir ki, Messinin çıxış etdiyi İnter Mayami Ronaldonun komandası Əl Nəsrlə yoldaşlıq oyunu keçirəcək.
Oyunun 2024cü ilin fevralında ƏrRiyadda keçirləcəyi bildirilib. Bu görüş Messi və Ronaldo üçün sonuncu rəqs adlandırılıb.
Qeyd edək ki, Messi bu mövsüm İnter Mayamidə bütün turnirlərdə 14 oyuna 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Ronaldo isə bu mövsüm ƏlNəsrdə 17 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.
Xeberxetti.com