“Barselona”nın heyətində ciddi itki baş verib.
“Xəbər Xətti” bizim media-ya istinadla xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Mark-Andre ter Ştegen sıradan çıxıb.
31 yaşlı qolkiper Almaniya milli komandasının düşərgəsində zədələnib.
Belində ağrılar hiss edən təcrübəli futbolçu İspaniyaya qayıdıb. O, 25 noyabr tarixində İspaniya La Liqasının 14-cü turu çərçivəsində “Rayo Valyekano”ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.
Qeyd edək ki, ter Ştegen cari mövsümdə “Barselona”nın heyətində 17 rəsmi matçda meydana çıxıb.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com