Türkiyənin “Qalatasaray” klubu heyətinə yeni futbolçular qatmağa hazırlaşır.
“Xəbər Xətti” offsideplus.az-a istinadla xəbər verir ki, İstanbul təmsilçisi qış transfer dövründə 3 məşhur adla güclənmək niyyətindədir.
Belə ki, “Cim-bom” “Tottenhem”dən Rodriqo Bentankur, “Arsenal”dan Tomas Partey və “Lester Siti”dən Vilfrid Ndidini rənglərinə bağlamaq üçün hərəkətə keçib.
Məlumata görə, GS rəhbərliyi üç oyunçu üçün 100 milyon avrosundan keçməyə hazırdır.
“Qalatasaray” adları çəkilən futbolçular üçün danışıqlara başlayıb.
“Xəbər Xətti”
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə
xeberxetti.com