Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə səfər edəcək.
“Xəbər Xətti” Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə baş tutacaq.
Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, prezidentlər bundan əvvəl 2020-ci ilin yanvarında görüşüblər.
Mənbə
Xeberxetti.com