Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı üçün sabah Əlcəzairə gedəcək.
Xeberxetti.com xəbər verir ki, Ərdoğan prezident Əbdülməcid Tebbunun dəvəti ilə Əlcəzairə gedəcək. Toplantı çərçivəsində keçiriləcək müzakirələrdə Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və əlaqələrin daha da dərinləşdirilməsi üçün atılacaq addımlar, iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment