Devid Bekhem ispaniyalı qapıçı David de Xeanı sahibi olduğu ABŞ təmsilçisi “İnter Mayami”yə dəvət etmək istəyir.
“Xəbər Xətti” “report”a istinadən bildirir ki, bu yay futbolçunun İngiltərə “Mançester Yunayted”i ilə müqaviləsinin müddəti başa çatıb.
Həmin vaxtdan bəri o, azad agentdir. 2011-ci ildən “qırmızı şeytanlar”da çıxış edən De Xea 545 oyuda 590 qol buraxıb.
Qeyd edək ki, bir müddət öncə David De Xeanın karyerasını bitirəcəyi və İspaniyanın ikinci liqasında çıxış edən “Eldense” klubunu satın alacağı barədə xəbərlər yayılmışdı.
“Xəbər Xətti”
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə
xeberxetti.com