“Landmine Monitor 2023” Ermənistanı piyada əleyhinə minalar istehsal edən ölkələr siyahısına əlavə edib”.
“Xəbər Xətti” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın inkar etməsinə baxmayaraq, məhz bu fakt Azərbaycanın Ermənistana qarşı 2020-ci ildəki 44 günlük müharibə başa çatandan sonra Azərbaycan ərazilərinə minaların daşınması və yerləşdirilməsi ilə bağlı əsaslı iddialarını bir daha sübut edir.
H.Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın o vaxt işğal olunmuş torpaqlarında milyonlarla mina yerləşdirib: “Bunun da nəticəsində 2020-ci ilin noyabr ayından 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub”.
Mənbə
Xeberxetti.com