Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün gəncliyindən bəhs edən “Atatürk” filmi barədə maraqlı faktlar məlum olub.
“Xəbər Xətti” Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor Mehmet Ada Öztekin, baş rolda Aras Bulut İynemlinin olduğu film 14 günə 114 milyon lirə (təxminən 6,7 milyon manat) gəlir əldə edib.
Filmi 2 həftədə 1 milyon 36 min insan izləyib. Bu, il ərzində baxış sayı milyonu keçən 7-ci film olub.
Qeyd edək ki, ekran işi Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü çərçivəsində çəkilib.
Mənbə
Xeberxetti.com