Xəbər Xətti

    Bəluc paramilitar təşkilatı SEPAH üzvlərinə hücum edir

    08 Dekabr 2023

    MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib – YENİLƏNİB

    08 Dekabr 2023

    Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

    08 Dekabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bəluc paramilitar təşkilatı SEPAH üzvlərinə hücum edir

      08 Dekabr 2023

      MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib – YENİLƏNİB

      08 Dekabr 2023

      Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

      08 Dekabr 2023

      Ukraynanın sərhədyanı ərazilərinə sərbəst giriş qadağan edilib

      08 Dekabr 2023

      22 yaşlı idmançı faciəli şəkildə öldü

      08 Dekabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” – VİDEO
    Siyasət

    Qərbi Azərbaycan Xronikası: “Ermənistanın etnik təmizləmə siyasəti soyqırımına səbəb olub” – VİDEO

    20 Noyabr 2023Updated:21 Noyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

    “Xəbər Xətti” xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi hüquq elmləri doktoru, professor Əmir Əliyev olub.

    O, doğulub boya-başa çatdığı Zəngəzur mahalı, Mehri rayonu, Nüvədi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb.

    Bildirib ki, qədim tarixə malik olan Nüvədi kəndinin spesifik xüsusiyyətləri olub. O, 1988-1991-ci illərdə Nüvədi sakinlərinin çox böyük dəyanət göstərdiyini, erməni millətçilərinə qarşı sonadək mübarizə apardığını diqqətə çatdırıb. Vurğulayıb ki, Nüvədi Qərbi Azərbaycanın ən son tərk edilən yaşayış məntəqəsi olub.

    Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququndan söhbət açan professor Ə.Əliyev deyib ki, soydaşlarımızın bu hüququnu heç kim, yaxud hansısa dövlət məhdudlaşdıra bilməz.

    Hüquqşünas Ermənistan dövlətinin azərbaycanlıların deportasiyasını, məcburi qovulmalarını “könüllü köç” kimi qələmə verməsini xatırladaraq, rəsmi İrəvanın bu iddiasının tamamilə əsassız olduğunu konkret faktlarla, beynəlxalq sənədlərə, hüquqa istinad etməklə ortaya qoyub.

    Qeyd edib ki, ötən əsrin 1905-1907, 1918-ci illərində erməni-daşnak birləşmələrinin, 1948-1953, 1988-ci illərdə isə Ermənistan dövlətinin Qərbi Azərbaycan türklərini deportasiyaya məruz qoyması, onlara qarşı etnik təmizləmə siyasəti həyata keçirməsi soyqırımına səbəb olub.

    Professor Ə.Əliyev Ermənistanın formalaşmış adət normalarına qarşı çıxaraq beynəlxalq hüquq pozuntusu törətməsindən, mədəni irsimizə vurduğu ziyandan, bunun həcmini hesablamağın qeyri-mümkünlüyündən də söhbət açıb.

    Bildirib ki, beynəlxalq aləm, xüsusən də BMT Qərbi Azərbaycan türklərinin hüquqlarının təmin edilməsinə dəstək olmalıdır.

    Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun təşəbbüsü ilə soydaşlarımızın pozulmuş hüquqları barədə beynəlxalq hesabat hazırlanır. O sonda vurğulayıb ki, tarixi torpaqlarımıza qayıtmaq hər bir Qərbi azərbaycanlının haqqıdır.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.

    İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib – YENİLƏNİB

    08 Dekabr 2023

    Doqquz milyonun cəmi 160 mini qaytarılıb: “Azadlıqda olsam, tam ödəyərdim”

    08 Dekabr 2023

    Azərbaycanda yüsək vəzifəyə təyinat olub – FOTO

    08 Dekabr 2023

    Azərbaycan MDB İqtisadi Şurasının 100-cü iclasında iştirak edib – FOTO

    08 Dekabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bəluc paramilitar təşkilatı SEPAH üzvlərinə hücum edir

    08 Dekabr 2023

    MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin edib – YENİLƏNİB

    08 Dekabr 2023

    Somali prezidentinin oğlu Türkiyədə maşınla adam vurdu

    08 Dekabr 2023

    Azərbaycan MDB İqtisadi Şurasının 100-cü iclasında iştirak edib – FOTO

    08 Dekabr 2023

    Dünənki zəlzələdən sonra Bakıda qala divarları üzə çıxıb? – VİDEO

    08 Dekabr 2023

    Deputatlar üçün yeni qadağa müəyyənləşir

    08 Dekabr 2023

    Ukraynaya kömək naminə Bayden güzəştə getməyə hazırlaşır

    08 Dekabr 2023

    Siyavuş Novruzov: “Azərbaycanda seçki keçirmək üçün lazımi mühit, ictimai-siyasi sabitlik var”

    08 Dekabr 2023

    “Birgə bəyanat qarşılıqlı siyasi iradənin bir daha nümayişidir” – İlham Əliyev

    08 Dekabr 2023

    Xalq artistinin SİYASİ TƏRCİHİ: “O nəinki Azərbaycanı, bütün dünyanı idarə edə bilər”

    08 Dekabr 2023

    Sabah yağış yağacaq, külək əsəcək

    08 Dekabr 2023

    “Ölkə üzrə qazlaşma səviyyəsi 96,4 faizə çatıb”

    08 Dekabr 2023

    Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib

    08 Dekabr 2023

    Spiker: “Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar”

    08 Dekabr 2023

    Qarabağ və Şərqi Zəngəzurda neçə əcnəbi işləyir? – RƏSMİ CAVAB

    08 Dekabr 2023

    KİV: “ABŞ gələn ilə qədər Qəzzada girovların azad ediləcəyinə ümid edir”

    08 Dekabr 2023

    Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini göndərib – FOTO

    08 Dekabr 2023

    Vətəndaşlardan silah-sursat götürülüb

    08 Dekabr 2023

    Üzərində silah gəzdirən şəxsə cinayət işi açıldı

    08 Dekabr 2023

    “İlham Əliyev bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi” – RƏY

    08 Dekabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.