Xəbər Xətti

    GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

    03 Dekabr 2023

    Güclü qar təyyarəni aşırdı

    03 Dekabr 2023

    DİM imtahan keçirir

    03 Dekabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

      03 Dekabr 2023

      Güclü qar təyyarəni aşırdı

      03 Dekabr 2023

      DİM imtahan keçirir

      03 Dekabr 2023

      İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir

      03 Dekabr 2023

      “Qanuni Oğrular” təşkilatının rəhbəri Şamil Əmirov İstanbulda saxlanıldı – Video

      03 Dekabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Azərbaycan XİN və Müdafiə Nazirliyi diplomatlar üçün brifinq keçirib – YENİLƏNİB – VİDEO
    Siyasət

    Azərbaycan XİN və Müdafiə Nazirliyi diplomatlar üçün brifinq keçirib – YENİLƏNİB – VİDEO

    20 Noyabr 2023Updated:21 Noyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Silahlı Qüvvələr tərəfindən həyata keçirilən antiterror tədbirlərindən sonra Qarabağda aşkar edilmiş Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.

    “Xəbər Xətti” xəbər verir ki, mətbuat brifinqində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.

    Brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov çıxış ediblər.

    Çıxışlar zamanı, həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də post-münaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə 10 000-dən çox piyada əleyhinə mina, 3 000-dən çox tank əleyhinə və 12 000-dək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.

    Ermənistanın beynəlxalq hüquq normalarına, habelə Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin müddəalarına zidd olaraq, beynəlxalq təşkilatları, o cümlədən aidiyyəti BMT və ATƏT strukturlarını məlumatlandırmadan bölgədə külli miqdarda hərbi texnika və sursat yerləşdirdiyi qeyd olunub. Bu pozuntuların qarşısının alınması barədə Azərbaycanın çağırışlarına baxmayaraq, beynəlxalq ictimaiyyətin məsələyə biganəliyinin bölgədə gərginliyi daha da artırdığı vurğulanıb.

    Azərbaycan ərazilərində eyni zamanda, silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.

    Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə antiterror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.

    Brifinq zamanı, həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu antiterror tədbirlərindən sonra aşkar edilmiş videolar nümayiş etdirilib.

    Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.

    ***16:30

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Müdafiə Nazirliyinin birgə brifinqi keçirilir.

    “Xəbər Xətti” xəbər verir ki, brifinqdə çıxış edənlər qismində Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov yer alır.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir

    03 Dekabr 2023

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

    03 Dekabr 2023

    Ailə dağıdan narkotik bəlası: Nikah öncəsi narkoloji müayinə olunmalıdır? – VİDEO

    03 Dekabr 2023

    DYP-dən avtomobil sürücülərinə MÜRACİƏT

    03 Dekabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Güclü qar təyyarəni aşırdı

    03 Dekabr 2023

    İcma: Ermənilərin “Arte” telekanalındakı fikirləri Azərbaycana qarşı etnik nifrətini sübut edir

    03 Dekabr 2023

    Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

    03 Dekabr 2023

    Bakının 3 rayonunda su kəsiləcək

    03 Dekabr 2023

    Qohumu 45 yaşlı kişini öldürdü

    03 Dekabr 2023

    Bu şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilir

    03 Dekabr 2023

    GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

    03 Dekabr 2023

    Dəm qazından zəhərlənən 17 yaşlı gənc reanimasiya şöbəsinə yerləşdirilib

    03 Dekabr 2023

    Parisdə Azərbaycana həsr olunmuş rəsm əsərləri nümayiş olunur

    03 Dekabr 2023

    ADA Universiteti Gürcüstandakı soydaşlarımıza təqaüd təklif edir

    03 Dekabr 2023

    ABŞ Moldovaya 22 milyon dollar ayırıb

    03 Dekabr 2023

    Gəncədə Nizami Gəncəviyə həsr olunmuş gecə keçirilib

    03 Dekabr 2023

    İsrailin Dəməşqə atdığı raketlər “Sepah” müşavirlərini öldürdü

    03 Dekabr 2023

    Filippinində 7,5 maqnitudalı zəlzələ olub

    03 Dekabr 2023

    Amerikalı nazir: Çinə qarşı sanksiyalardan çip istehsalçılarının hamısı məmnun deyil

    03 Dekabr 2023

    Qərbi Azərbaycan Xronikası: Göyçənin 1905-ci ildə yandırılan kəndi – FOTO/VİDEO

    02 Dekabr 2023

    Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir

    02 Dekabr 2023

    ABŞ-ın yeni səfiri Bakıya gəlib

    02 Dekabr 2023

    “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” konfransı keçirilib

    02 Dekabr 2023

    ABŞ-ın Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya gəlib

    02 Dekabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.