İsrail ordusu hesab edir ki, Fələstinin HƏMAS radikal təşkilatının silahlı qüvvələri Qəzza zolağının şimal hissəsinə nəzarəti itirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.
“Bu gün biz Qəzza şəhərinin 50 min sakininin zolağın şimalından cənubuna necə köçdüyünü gördük. Onlar ora gedirlər, çünki başa düşürlər ki, HƏMAS zolağın şimal hissəsində nəzarəti itirib, cənubda isə daha təhlükəsiz yer var. Dərman, su və qidanın olduğu zona”, – deyə o, axşam brifinqində bildirib. “HƏMAS şimalda nəzarəti itirib və itirməkdə davam edəcək. Həmas liderlərinin əlaqəsi kəsilib, onlar cəmiyyətlə və bizim qüvvələrimizə qarşı yerdə döyüşən və ölən terrorçuları ilə bütün əlaqəni itiriblər. Onların digərləri ilə də əlaqəsi kəsilib. Biz HƏMAS rəhbərliyini harada olursa olsun təqib etməyə və onu məhv etməyə davam edəcəyik”, – deyə Haqari əlavə edib. Şahanə Rəhimli Xeberxetti.com
Bənzər yazılar
Add A Comment