Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan dövləti və xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
Xeberxetti.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi “X” hesabında paylaşım edilib. Türkiyə MN ölkəmizi Azərbaycan Dövlət himninin sözləri ilə təbrik edib: “Sən olasan Gülüstan, Sənə hər an can qurban. Sənə min bir məhəbbət sinəmdə tutmuş məkan. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan! Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr – Zəfər Gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment