Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasının Şərq zonasının qrup mərhələsinin növbəti oyununa çıxıb.Komanda səfərdə Avstraliyanın “Melburn Siti” klubu ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.Şeydayev meydana 61-ci dəqiqədə daxil olub. Yeganə qolu 86-cı dəqiqədə penaltidən Qoran Çauşiç vurub.
Mənbə
Xeberxetti.com