Noyabrın 7-də “Real Madrid”in fransız yarımmüdafiəçisi Eduardo Kamavinqanın klubu ilə 2029-cu ilə qədər yeni müqavilə imzaladığı açıqlanıb.
“Xəbər Xətti” oxu.az-a istinadən bildirir ki, yeni müqavilədəki təzminat məbləği bir milyard avro təşkil edir.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Fabrizio Romano məlumat verib.
Xatırladaq ki, 20 yaşlı Kamavinqa iki il əvvəl Fransanın “Renn” klubundan kral komandasına keçib. Onun transfer məbləği 40 milyon avro olub.
“Xəbər Xətti”
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə
xeberxetti.com