Hazırda “BamBaşka Biri” serialında “Leyla” obrazını canlandıran və performansı ilə tənqid hədəfi olan Hande Erçel İtaliyada çəkilmiş pozalarını paylaşıb.Türk mediası xəbər verir ki, qırmızı paltara üstünlük verən Hande Erçelin dəstinin qiyməti məlum olub. 29 yaşlı Erçel bir müddət əvvəl 31,2 milyon izləyicisi olan “İnstagram” səhifəsində paylaşımı ilə adından söz etdirib.İtaliyada çəkdirdiyi pozaları bir-birinin ardınca yayımlayan məşhur ad üslubu ilə qısa zamanda 1,5 milyon bəyənmə toplayıb. Gözəl aktrisanın izləyiciləri “İnanılmazsan! Maşallah”, “Bu qədər gözəl olmalısan?” və “Kəpənək kimisən” kimi sözləri ilə 8 minə yaxın şərh verilib.”‘Fenomenler Ne Giymiş?” adlı “Instagram” səhifəsinin paylaşımına görə, 17 min 361 lirə dəyərində məşhur brendin paltarını geyinən məşhurun ayaqqabısı 44 min 152 lirədir.
Mənbə
Xeberxetti.com