Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkəndə gedəcək.
Sammitdə üzv ölkələr arasında ticarət, iqtisadi və mədəni əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılacaq, ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyənləşəcək. Sammitdə regional məsələlər də müzakirə olunacaq. Nəqliyyat infrastrukturunun inkişafı və Müasir İpək Yolunun canlandırılması istiqamətində əməkdaşlıqlar qiymətləndiriləcək. Türkiyənin öncül olduğu Xəzər Şərq-Qərb Mərkəzi Dəhliz Təşəbbüsü və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində son inkişaflar müzakirə olunacaq. Sammit zamanı İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq. Şahanə Rəhimli Xeberxetti.com
Bənzər yazılar
Add A Comment