ABŞ Dövlət departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistanın paytaxtı İrəvana səfər edib.
“Xəbər Xətti” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Lui Bono səfər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüş keçirib.
Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və digər bir sıra məsələləri müzakirə etdiyi bildirilir.
Mənbə
Xeberxetti.com