Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov qumbara partlaması nəticəsində ölüb.
UNİAN məlumat verir ki, hadisə Çastyakovun Kiyev vilayətindəki evində baş verib. Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə vaxtı Gennadi Çastyakovun evdə olan arvadı və qızı xəsarət almayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə baxış keçirərkən daha beş ədəd qumbara aşkar ediblər. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment