Fransanın PSJ klubunun azarkeşi İtaliyada “Milan”a qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun oyunundan əvvəl bıçaqlanıb.
“Xəbər Xətti” report-a istinadən xəbər verir ki, fanatın vəziyyəti ağırdır.
O, dünən səhər saatlarında xəstəxanaya aparılıb.
Daha əvvəl “Milan”ın 50 tərəfdarının həmin qarşılaşmadan əvvəl qonaq azarkeşlərə hücum etdiyi bildirilib. Onlar pirotexniki vasitələrdən, o cümlədən tüstü bombalardan istifadə ediblər.
Qeyd edək ki, “Milan” – PSJ görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
“Xəbər Xətti”
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə
xeberxetti.com