/* Desktop */
.ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
Paytaxtda yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirilib.
“Xəbər Xətti” xəbər verir ki, mərasimdə məktəbin müəllim-şagird heyəti, qazilər və şəhid ailələrinin üzvləri, QHT təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
5-6-cı sinif şagirdlərinin hazırladıqları kompozisiyada qalib Azərbaycan ordusunun rəşadətli əsgərlərinin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları əks etdirən səhnəciklər göstərilib, milli rəqslərimiz ifa olunub, Zəfər tariximizi tərənnüm edən şeirlər səsləndirilib.
Tədbirdə çıxış edən şəhid Elnur Səmədovun anası Samirə Səmədova, Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə, mayor Anar Quliyev, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və “Diaspor” İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı Zəfərimizin tarixi əhəmiyyətini dəyərləndiriblər.
Nəsimi Ələsgərli
Samir Məcidov
/* Desktop */
.ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
www.Xeberxetti.com