Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimat videosu hazırlayıb.
Bu barədə “Xəbər Xətti”-ə AZAL-dan bildirilib.
Məlumata görə, təhlükəsizlik təlimatında kəmərlərdən düzgün istifadə, əşyaların salonda yerləşdirilməsi və fövqəladə hallarla bağlı davranış qaydaları göstərilir.
“Bu video, həmçinin Azərbaycanın mədəni irsi və gözəlliklərini vurğulayır”, – deyə aviaşirkət bəyan edib.
“Xəbər Xətti”
VİDEO