“İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini tamamilə mühasirəyə alaraq dənizə doğru irəliləyib. Anklavı faktiki olaraq şimal və cənuba bölüb”.
Xeberxetti.com xəbər verir ki bunu ordu sözçüsü, briqada generalı Daniel Haqari brifinqdə deyib. “Bu gün “Qolani” piyada briqadasından olan qüvvələr Qəzza şəhərini mühasirəyə alıb, dənizə çatıb və mövqelərini saxlayırlar. Qəzza şəhəri də cənubdan mühasirəyə alınıb və indi Qəzza zolağının şimalı və cənubu var. Biz hələ də anklavın şimalı və Qəzzanın sakinlərinin cənuba keçə biləcəyi dəhliz üzərində işləyirik”. Bundan əlavə, İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Aviçay Adrai Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində Fələstin hərəkatının ən mühüm dayaqlarından birinin ələ keçirildiyini bildirib. Şahanə Rəhimli Xeberxetti.com
Bənzər yazılar
Add A Comment