Qalatasarayda iynə vuraraq çıxış edən Mauro İkardi “Bavariya” – “Hatayspor” matçından sonra tam istirahət etmək üçün milli fasilə verəcək.
“Xəbər Xətti” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi məzuniyyət veriləcək argentinalı ulduzun komandaya qayıdana qədər tam sağalması gözlənilir.Beşiktaş derbisindən sonra zədələnməsinə baxmayaraq 3 matçda iynə vuran Mauro İkardi üçün son qərarı baş məşqçi Okan Buruk verib.
Ulduz hücumçu beynəlxalq fasiləyə qədər oynanılacaq 2 matçda meydanda olacaq.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com