Beynəlxalq Cüdo Federasiyası İngiltərədə doğulmuş türk əsilli idmançı Acelya Toprakın Azərbaycan yığmasında iştirakına icazə verib.
“Xəbər Xətti” “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb.
Cüdoçu hazırda dünya reytinqində 27-cidir. O, bundan öncə İngiltərə bayrağı altında yarışıb.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası bundan öncə Camal Qamzatxanov və Səid Mollayini milliləşdirmişdi.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com