Xəbər Xətti

    "Qarabağ"ın qolkiperi ilk "5-lik"də

    01 Dekabr 2023

    İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

    01 Dekabr 2023

    Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçildi

    01 Dekabr 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      "Qarabağ"ın qolkiperi ilk "5-lik"də

      01 Dekabr 2023

      İlham Əliyev BƏƏ Prezidentini təbrik edib

      01 Dekabr 2023

      Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçildi

      01 Dekabr 2023

      Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər – VİDEO

      01 Dekabr 2023

      İtaliya səfiri: “Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki, vizada onlara qarşı mülayim olsunlar”

      01 Dekabr 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Ceyhun Bayramov Rumıniya Senatının sədrini bölgədəki vəziyyət barədə məlumatlandırıb – FOTO
    Siyasət

    Ceyhun Bayramov Rumıniya Senatının sədrini bölgədəki vəziyyət barədə məlumatlandırıb – FOTO

    06 Noyabr 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən “Xəbər Xətti”-ə bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə regionda və dünyada mövcud vəziyyət müzakirə olunub.

    C.Bayramov, ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Rumıniya ilə ötən il diplomatik münasibətlərimizin 30 illiyinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı səfərlər, təmasların, o cümlədən parlament diplomatiyasının rolunu vurğulayıb.

    Bu istiqamətdə, münasibətlərin daha da genişləndirilməsi məqsədilə iki ölkə arasında mövcud müqavilə-hüquq bazasının inkişafının zəruri olduğu vurğulanıb.

    Nazir Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafı ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində dəstək və həmrəyliyə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunun təqdirəlayiq olduğunu qeyd edib.

    İki ölkə arasında strateji tərəfdaşlığın bir sıra istiqamətlərində, xüsusilə ticarət dövriyyəsinin artırılması, iqtisadi, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Alternativ enerji, rəqəmsal inkişaf sahəsində əməkdaşlığın inkişaf potensialı diqqətə çatdırılıb.

    Görüş zamanı qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın yenidənqurma, reinteqrasiya və sülh quruculuğu fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

    Nazir xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində tərəfimizdən görülən, qeyri-qanuni erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyan antiterror tədbirlərindən sonra regionda reinteqrasiya və sülh gündəliyinin irəlilədilməsi üçün münbit şəraitin yarandığını vurğulayıb.

    Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin bundan sonra da Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi üzrə əməli addımlar atmaqda qərarlı olduğu diqqətə çatdırılıb.

    Senatın sədri Nikolae Çuka, Rumıniyanın Baş naziri qismində ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, cari ilin oktyabr ayında isə Parlament Senatının sədri qismində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə keçirdiyi görüşlərə istinad edərək, bu kimi təmaslar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinin əməkdaşlığa töhfə verdiyini bildirib.

    Rumıniyanın Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəklədiyi diqqətə çatdırılıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    İtaliya səfiri: “Azərbaycanlılar dostlarımızdır, tapşırmışam ki, vizada onlara qarşı mülayim olsunlar”

    01 Dekabr 2023

    “Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR – FOTO

    01 Dekabr 2023

    Bu şəxslərə ŞAD XƏBƏR – Dekabrın sonu çoxlu pul gələcək

    01 Dekabr 2023

    Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib – FOTO

    01 Dekabr 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Laçının işğaldan əvvəlki unikal kadrları: “AzTV”nin arxivindən görüntülər – VİDEO

    01 Dekabr 2023

    Özbəkistanlı nazir “ASAN xidmət”də

    01 Dekabr 2023

    “Borrell və Blinken qorxaqdılar” – Lavrov

    01 Dekabr 2023

    Korifeyləri məzarda da rahat buraxmayan “SƏNƏTKAR”LAR: Telekanallarda provinsial şüur niyə dərinləşir? – MÖVQE

    01 Dekabr 2023

    Bu şəxslərə ŞAD XƏBƏR – Dekabrın sonu çoxlu pul gələcək

    01 Dekabr 2023

    Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi

    01 Dekabr 2023

    Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib – FOTO

    01 Dekabr 2023

    Fransada yeniyetmə 9 yaşlı bacısını və başqa bir azyaşlını zorlayıb

    01 Dekabr 2023

    Bakıda bu məktəb qızılcaya görə bağlandı – RƏSMİ

    01 Dekabr 2023

    Türkiyəli geniş jurnalist heyəti “Yeni Çağ” Media Qrupunu ziyarət edib – FOTOLAR

    01 Dekabr 2023

    Pensiya üçün müraciət asanlaşır: Məbləğ artacaq? – DETALLAR

    01 Dekabr 2023

    İranda siyasi motivlər sasında həbslər davam edir

    01 Dekabr 2023

    Şagirdi qızılcadan ölən məktəbin ibtidai sinifləri distant təhsilə keçdi

    01 Dekabr 2023

    İsrail HƏMAS-ın hücum planından ötən il xəbərdar olub – “The New York Times”

    01 Dekabr 2023

    Zeynəb Xanlarovanın 23 yaşlı nəvəsinə Milli Məclisdə vəzifə verildi

    01 Dekabr 2023

    Milli Məclisin komitə iclası başlayır, gündəlikdə 15 məsələ var

    01 Dekabr 2023

    İlham Əliyev Rumıniyanın Prezidentini təbrik edib

    01 Dekabr 2023

    Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi aşağıdır

    01 Dekabr 2023

    Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir

    01 Dekabr 2023

    Sabirabadda 1 yaşlı uşaq qızılcadan ölüb

    01 Dekabr 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.