Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
Məlumata görə, XİN başçısı müdrik siyasəti ilə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına səbəb olan Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edərək abidəsi qarşısına əklil qoyub.