“ABŞ səlahiyyətliləri on minlərlə odlu silahın İsrailə ötürülməsi nəticəsində bu ölkədə zorakılıq hallarının artacağından qorxurlar”.
Bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir. Qəzet Amerika administrasiyasındakı mənbələrinə istinad edib. Nəşrin məlumatına görə, İsrail Amerika silah istehsalçılarına 24 minə yaxın avtomatik və yarımavtomat olan atıcı silahlar sifariş verib. Belə böyük sifarişə “hə” cavabı isə Dövlət Departamenti və ABŞ Konqresindən gələn razılıq əsasında olmalıdır. Qeyd edilir ki, silahların çatacağı əsas ünvan İsrail polisi olmalıdır. Lakin yerli hakimiyyət onların bir hissəsinin mülki şəxslərə verilə biləcəyini istisna etməyib. Bir sıra amerikalı qanunvericilər ABŞ prezidenti Co Bayden administrasiyasından İsrailin sifariş etdiyi silahların yanlış əllərə keçməyəcəyinə dair zəmanət tələb ediblər. Tural Tağıyev Xeberxetti.com
ABŞ İsrailə veriləcək 24 min silahın zorakılığı artıracağından qorxur – “The New York Times”
Bənzər yazılar
Add A Comment