“Ukrayna bədbəxt ölkədir, çünki bunun əvəzini başqa dövlət ödəyir”.“TASS” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya” sərgi-forumu çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.Kreml nümayəndəsi CNN-ə müsahibəsində ABŞ-nin “Ukraynada daha güclü demokratik hökumətin hakimiyyətə gəlməsinə kömək etmək” üçün 1991-ci ildən bəri 5 milyard dollar xərclədiyini etiraf edən ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın sözlərini xatırladıb.Dmitri Peskov Rusiyanı hər gün gücünə yeni elementlər əlavə edən güclü ölkə adlandırıb.
Mənbə
Xeberxetti.com