/* Desktop */
.ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının 38-ci Qurultayı başa çatıb.
İki namizədin yarışdığı qurultayda İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və dəyişiklik tərəfdarı olanların namizədi olan Özgür Özel qalib gəlib.
13 ildən bəri partiyaya rəhbərlik edən Kamal Kılıçdaroğlu birinci turda az səs alsa da, sona qədər yarışmağı seçib və ikinci tur Özgür Özeli. 812, Kamal Kılıçdaroğlunun isə 536 səs alması ilə nəticələnib.
Qurultay sonrası hər iki tərəf partiyadaxili barış mesajları veriblər.
Qurultayı partiya qərargahından izləyən Kılıçdaroğlu yeni başqanı öz sosial media hesabından təbrik edib.
Bununla da, Türkiyədə Kamal Kılıçdaroğlu dönəmi qapanmış hesab oluna bilər.
Qeyd olunmalıdır ki, keçmiş sədrlərdən Altan Öymenin qısa başqanlıq dönəmini nəzərə almasaq, ilk dəfədir ki, Cümhuriyyət Xalq Partiyasında sədr qurultay ilə dəyişib.
“Dəyişim” ittifaqının bu zəfərdən sonrakı əsas hədəfinin isə bələdiyyə seçkilərində xüsusilə İstanbul və Ankaradakı mövqeləri qoruyub, 2028-ci il prezident seçkilərinə İmamoğlunun namizədliyi ilə girməkdir.
O da qeyd olunur ki, partiyanın sədri Özel olsa da, kölgə rəhbərin İmamoğlu olacağı şübhə doğurmur. Belə ki, Özelin 812 qurultay nümayəndəsinin səsini almasında əsas faktorun İmamoğlunun dəstəyi olması vurğulanır.
Qarşıda isə yeni başqanın ilk imtahanı-bələdiyyə seçkiləri gəlir. Müxalifətin Kılıçdaroğlu öndərliyində Prezident seçkilərindəki ağır məğlubiyyətindən sonra bu dəyişikliyin müxalif düşərgə üçün “təzə qan” sayıla bilər.
/* Desktop */
.ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
www.Xeberxetti.com