“Qələbəmi şəhidlərimizə həsr edirəm”.
“Xəbər Xətti” report-a istinadən xəbər verir ki, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində yaponiyalı Toji Takedaya qalib gələn Tofiq Musayev deyib.
Üçüncü raundda rəqibini nokauta salan idmançı Milli Gimnastika Arenasında şəhidlərin xatirəsinə sükutun olmasını istəyib.
Musayev sükutun ardından yarışı Bakıda keçirdikləri üçün bütün təşkilatçılara təşəkkür edib.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com