“Təqaüddəyəm, memuarlarmı yazıram”.
Xeberxetti.com xəbər verir ki, bu sözləri Toplum TV-yə müsahibəsində milli-azadlıq hərəkatının rəhbərlərindən olmuş, AMİP-in ilk sədri Etibar Məmmədov bildirib. Onun sözlərinə görə, memuarların toplandığı kitab ictimai-siyasi həyatını əhatə edəcək. “Mən siyasi fəaliyyətimə tələbəlikdən başlamışam. Yazmalı çoxlu səhifələr var”-deyə E.Məmmədov bildirib. O kitabda sürprizlərin olacaqlarını da istisna etməyib. Etibar Məmmədov siyasətə qayıtmaq fikrində olmadığını vurğulayıb. Qeyd edək ki, E.Məmmədov 1992- 2004-cü illərdə AMİP-ə rəhbərlik edib. İki çağırış Milli Məclisin deputatı olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarındandır. 2004-cü ildə AMİP sədrliyindən istefa verərək aktiv siyasəti tərk edib. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment