Ötən sutkada Qəzza zolağının şimalında döyüşlər zamanı İsrail Müdafiə Ordusunun daha 4 hərbçisi ölüb. “Report” xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb. Bildirilib ki, oktyabrın 31-dən noyabrın 2-dək Qəzza zolağında HƏMAS-a qarşı keçirilən quru əməliyyatları nəticəsində İsrailin ümumilikdə 23 hərbçisi ölüb.Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb.
Mənbə
Xeberxetti.com