Kriştiano Ronaldonun bacısı Katia Aveiro Lionel Messinin “Qızıl top” mükafatını qazanmasından sonra sürpriz paylaşım edib.
“Xəbər Xətti” metbuat.az-a istinadən xəbər verir ki, o instaqram hesabında Ronaldonun bir çox fərdi mükafatları, o cümlədən beş “Qızıl top” mükafatı ilə fotosunun olduğu şərh paylaşıb. “Qazandı verilmədi” başlığı ilə yazılan şərhini Aveiro beş alqış emojisi ilə tamamlayıb.
Qeyd edək ki, Lionel Messi 8-ci dəfə “Qızıl top” mükafatını qazanıb. Bəzi dairələrə Messini dünya çempionu olduğuna görə bu mükafaya layiq hesab etsə də, bəziləri qarşı çıxıb.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com