Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura – “Zəfər turu”na start veriləcək.
“Xəbər Xətti” “qafqazinfo”ya istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Səbail”lə “Turan Tovuz” üz-üzə gələcəklər. Qarşılaşma “ASCO Arena”da baş tutacaq.
“Qarabağ” – “Kəpəz” və “Sumqayıt” – “Araz-Naxçıvan” oyunları sabah, “Qəbələ” – “Neftçi” və “Sabah”- “Zirə” görüşləri isə bazar günü keçiriləcək.
Azərbaycan Premyer Liqası
12-ci tur
3 noyabr
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
“ASCO Arena”, 19:00.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com