“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.
Klubun mətbuat xidmətindən “Xəbər Xətti”-a verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində baş verib.
Hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, noyabrın 5-i klub Premyer Liqanın XII turunda, saat 16:00-da Qəbələdə şəhərin eyniadlı kollektivi ilə üz-üzə gələcək.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com