İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.İlk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək. Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.
Mənbə
Xeberxetti.com