Antarktika qitəsi üzərindəki ozon təbəqəsindəki dəlik bu il daha da genişlənib və ən böyük ölçüsünə çatıb.
Xeberxetti.com xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb. Sentyabrın 16-da Avropa İttifaqının Yer atmosferini müşahidə proqramına aid “Kopernik Sentinel-5P” peykindən çəkilən görüntülər Antarktidadakı ozon dəliyinin eninin 26 milyon kvadrat kilometrə qədər artdığını göstərib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının yanvar ayında dərc etdiyi hesabatda nazikləşmiş ozon təbəqəsinin yenidən bərpa olunmağa başladığı qeyd edilmişdi. Lakin dünyada dərinləşən iqlim böhranı səbəbindən bu il çoxlu fəlakətlər qeydə alınıb. Ozon təbəqəsindəki dəliyin sürətlə genişlənməsinin müxtəlif səbəbləri ola biləcəyi deyilir. Bunlardan biri kimi Tonqa sualtı vulkanının 2022-ci ilin yanvarında aktivləşməsi qeyd edilir. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment