Rusiyanın dünyada nüfuzunun artması prezident Vladimir Putinin xidmətidir.
Xeberxetti.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “PBS News”a müsahibəsində deyib. O qeyd edib ki, Rusiya dövlət başçısı və onun komandası demokratik əsasları sarsıtmaq, eləcə də ölkə liderlərini öz tərəflərinə çəkmək üçün müxtəlif əməliyyatlar həyata keçirir. “İnsanların “Russia Today” telekanalında ilk dəfə səsləndirilən rus tezislərini və ya Rusiya rəsmisinin çıxışlarını danışdıqlarını eşidəndə, bu, 1:0 Putinin xeyrinədir”, keçmiş dövlət katibi deyib. Lakin Klinton da əmindir ki, ABŞ Konqresinin üzvlərinin əksəriyyəti Ukraynanı dəstəkləməkdə davam edəcək. Xeberxetti.com
Bənzər yazılar
Add A Comment